Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyl

    01Itnən pişik, pişiknən siçan, tülküynən xoruz “dostluq” edə bilirsə, bəs niyə polisnən oğru, müstəntiqlə cinayətkar “dostluq” etməsin? Əgər belə “dostluq” olmasaydı, əvvəllər iki dəfə məhkumluq həyatı yaşamış, sonralar dəfələrlə ağır cinayət əməlləri törətmiş Tərtər şəhərinin sakini Kərimova Sevinc Sultan qızı Tərtər Rayon Polis Şöbəsinin İstintaq Qrupunun müstəntiqi Firuz Nuriyevin və Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Rəhim Ağamalıyevin sayeyimərhəmətindən indi azadlıqda gəzib, öz dələduzluq cinayət əməllərini davam etdirməz, “qaz vurub qazan doldurmaz”, həbsxananın bir küncündə dizlərini qucaqlayıb oturardı, öz hərəkətlərinin peşimançılığını çəkərdi.
    Bu hadisə barədə dəfələrlə yazmışıq–mətbuatda çoxlu sayda məqalələr dərc olunub, Respublikanın Ədliyə Nazirliyinə, Məhkəmə Hüquq Şurasına, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, Bərdə Rayon Prokurorluğuna yazılı müraciətlər olunub… Lakin dələduz Sevinc Kərimovanın “xətrinə heç kim dəyməyib”, ona “gözün üstə qaşın var” deyən olmayıb. Belə-belə “xiyar əyri bitib”, cinayətkara kömək olunub, ona münbit şərait yaradılıb. Cəzasızlıq mühitində isə, əlbəttə, cinayətkarlıq törəyib artır, kriminal durum həddindən çox gərginləşir. “Çanaq” bircə Tərtər Məhkəməsinin sabiq hakimi Həsən Qəniyevin “başında çatladı”–onun iş yerini Kəlbəcər Məhkəməsinə dəyişdilər.
    Sevinc Kərimova tərəfindən son zamanlar törədilmiş cinayət əməllərinin qısa məzmunu belədir:
    17 fevral 2015-ci il tarixdə Tərtər rayon prokuroru tərəfindən Tərtər şəhərinin sakini Kərimova Sevinc Sultan qızının borc adı ilə iki nəfər vətəndaşının 48000 (qirx səkkiz min) manat və 2600 (iki min altı yüz) ABŞ dolları məbləğində külli miqdarda nəğd pullarını ələ keçirməsi faktına görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə (“Dələduzluq”) başlanılaraq istintaq aparılması üçün aidiyyati üzrə Tərtər Rayon Polis Şöbəsinə göndərilmiş və həmin tarixdən şöbənin istintaq qrupunun müstəntiqi Firuz Nuriyev tərəfindən icraata qəbul edilərək, istintaqı aparıl-mışdır. Istintaqın gedişində göstərilən dələduzluq cinayət əməlinin, həqiqətən də Kərimova Sevinc Sultan qızı tərəfindən törədildiyi əsaslı faktlarla sübuta yetirilmişdir.
    Işin normal istintaqı zamanı, qəfildən, necə olubsa, müstəntiq Firuz Nuriyev tərəfindən 12 may 2015-ci il tarixdə Azərbaycan Respublikasının CPM-nin 53.1.4-cü maddəsinə əsasən istintaq dayandırılmışdır. Güya bu dələduz qadın “xroniki virus hepatit C” kimi “ağır xəstəliyə tutulmuş” və belə halda xəstə istintaqın gedişində iştirak edə bilməz, yəni “ağır yataq xəstəsidir”!
    Sevinc Kərimovaya belə bir rəyi bu (161 nömrəli) Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Tərtər Rayon Şöbəsi 12 may 2015-ci il tarixdə verib. (Çox yaxşı da eləyib, lap əlinin içindən gəlib! Birinci rəy deyil ki?).
    Amma… Bəzi məsələlər var. Adətən, tibbi rəy dedikdə stasionar tibb müəssisəsinin verdiyi lazımi arayışlar, xəstəlik tarixindən çıxarışlar da nəzərə alınmalıdır. Həm də istintaq qeyri-müəyyən müddətə dayandırılanda xəstəliyin mütləq müvəqqəti xarakter daşıması, xəstəliyin stasionar tibb müəssisəsi tərəfindən tibbi rəylə təsdiq edilməsi, xəstə-liyin nəticəsində cinayət prosesində iştirakının müvəqqəti mümkün olmaması kimi hallar mütləq öz təsdiqini tapmalıdır.
    Kərimova Sevinc Sultan qızı necə ağır xəstədir ki, istintaqın gedişində iştirakı mümkün olmur, buna görə də müstəntiq Firuz Nuriyev tərəfindən 12 may 2015-ci il tarixdə cinayət işinin icraatı dayandırılır, amma həmin günlərdə və ondan çox az sonrakı (2015-ci il fevral ayının əvvəllərindən 6 avqust 2015-ci il tarixə kimi) bu dələduz qadın eyni cinayət əməlini törədərək Bərdə rayonunun sakini olan bir nəfər qadından güya “ərini həbsdən azad etmək” adı ilə 29000 (iyirmi doqquz min) manat pulu alaraq aldatma yolu ilə ələ keçirməklə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayət əməlini törədir!?!
    Sevinc Kərimovaya qarşı Tərtər rayon prokuroru tərəfindən 17 fev-ral 2015-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə açılmış 150666005 nömrəli cinayət işi 10 sentyabr 2015-ci il tarixdə ərazi aidiyyatı üzrə istintaqın davam etdirilməsi üçün Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə göndərilir. Burada cinayət işinin aparılması bölmənin müstəntiqi Rəhim Ağamalıyevə həvalə olunur. Az keçmir ki, bu müstəntiq də Tərtərdə dolayı yolla 12 may 2015-ci il tarixdə alınmış 161 nömrəli tibbi rəyi əsassız olaraq əsas götürür və 14 oktyabr 2015-ci il tarixli qərarı ilə həmin cinayət işi üzrə istintaqın dayandırılması haqqında qərar qəbul edir.
    Təəccüblü orasıdır ki, mən Sevinc Kərimovanı yaxından tanıyıram, az qala qonşuyuq, onun bir gün də yataqda xəstə yatdığını görən və bilən olmayıb, indinin özündə də Bakı, Gəncə, Yevlax, Bərdə, Cəlilabad…demək olar ki Azərbaycanın bütün rayonlarını gəzərək falabaxanlıqla məşğul olur və alver edir, bu yoldaş müstəntiqlər isə onu himayə edirlər. Buradan nəyinsə qoxusu gəlmir ki? Məncə adları çəkilən müstəntiqlər də yaxşı bilirlər ki, “Xroniki virus hepatit C” xəstəliyi müvəqqəti deyil və buna görə də cinayət işinin istintaqının dayandırılması qanunsuzdur. Həm də Sevinc Kərimova səhərdən-axşama kimi ortalarda kef eləyir və “dostları” müstəntiqlərin ömürlərinə dua oxuyur.
    Belə haqsızlıqları görəndə adam bilmir neyləsin və kimə inansın!

    Tofiq Yusif

    Müəllif: Redaktor, 11:58

    Teqlər:

İsmarıclar bağlıdır.