Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyl

    Изображение 143Изображение 093Azərbaycan Milli Mətbuatının yaranmasının 141 illiyi münasibəti ilə “Yeni Tərtər” qəzeti redaksiyasında tədbir keçirildi. Tədbiri qəzetin redaktoru Tofiq Yusif açaraq kollektivi və eləcə də qəzətimizin oxucularını əlamətdar gün münasibəti ilə təbrik etdi. Tofiq müəllim banisi Həsən bəy Zərdabi olduğu Azərbaycan mətbuatının cəmiyyətimizin həyatındakı mühüm yerindən danışdı, müstəqillik illərində mediaya dövlət qayğısını bir daha xatırlatdı.
    O bildirdi ki, redaksiya kollektivinin gərgin əməyi sayəsində “ Yeni Tərtər ” də respublikamızda sayılan-seçilən bölgə qəzetlərindən birinə çevrilmişdir. Bu, həm də Prezident İlham Əliyevin qayğı və diqqəti sayəsində ölkədə medianın inkişafına, jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin bəhrəsidir.
    Rayonumuzun həyatının aynasına çevrilən, öz səhifələrində onun tarixini yazan və yaşadan “Yeni Tərtər” in fəaliyyətinə rayon rəhbərliyi də daim həssas yanaşır, burada çalışan əməkdaşların maddi və mənəvi həvəsləndirilməsinə qayğı göstərir.
    Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin nümayəndəsi Elvin Umudov qəzetin kollektivini peşə bayramı münasibəti ilə təbrik etmiş, onlara çətin və məsulliyətli işlərində yeni-yeni yaradıcıllıq uğurları diləmişdir. O demişdir ki, müa-sir dövrdə elektron media inkişaf etsə də, rayon qəzetinin öz yeri və dəsti-xətti var. Elvin Umudov əməkdaşlara rayon icra hakimyyəti başçısının təbriklərini və eyni zamanda ayrı-ayrılıqda hər kəsə bayram münasibəti ilə pul mükafatını çatdırmışdır. Bu təbriklərə icra hakimiyyəti aparatının ən gənc işçisi Tunarə Məmmədzadə də qoşulmuşdur. O, əməkdaşlarımıza cansağlığı və daim gənclik həvəsi ilə çalışmağı arzulamışdır.
    Bayram yığıncağında Elfuzə Vəliyeva, Əvəz Nəsirov çıxış edərək kollektivimizə göstərilən qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.
    Sonda xatirə şəkilləri çəkilmişdir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 15:20

    Teqlər:

İsmarıclar bağlıdır.