Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Avq

    IMG-20160620-WA0002Məktəblərimizdə yay tətili başlayıb. Sirr deyil ki, bəzi şagirdlər “Son zəng” günü məktəbli çantasını evə gətirib, bir də “Bilik günü”ndə onu əllərinə alacaqlar. Elələri də var ki, tətil günləri onlardan ötrü qazandıqları uğurları, bilikləri daha da zənginləşdirmək üçün əvəzsiz bir zamandır. Belə şagirdlərdən biri şəhər 6 saylı tam orta məktəbinin fəxri sayılan Banu Cəfərlidir.
    Ötən dərs ili Banudan ötrü xüsusilə əlamətdar olub. O, Ümummilli Li-der Heydər Əliyevin anadan olmasının 93-cü il-dönümü münasibəti ilə keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsində iştirak edərək respublika üzrə birinci yerə layiq görülüb, Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomunu və qiymətli hədiyyə alıb.
    Gülüstan Sarayında keçirilən mükafatlandırma mərasimində məktəbli qızı təhsil naziri Mikayıl Cabbarov, Baş nazirin müavini Əli Əhmədov, respublikadakı müxtəlif universitetlərin rektorları təbrik ediblər.
    Banu yüksək mükafatı böyük müvəffəqiyyət, eyni zamanda böyük məsuliyyət kimi qəbul edir. Arzusu Ali Neft Məktəbinə daxil olmaqdır. Odur ki, isti yay günlərində də kitab əlindən düşmür. Öz üzərində daim işləyir.
    Redaksiyamızda olarkən Banu Cəfərli oxuduğu məktəbin müəllim kollektivinə, həmçinin Bakıda mükafatlandırma mərasimində sevincli və həyəcanlı anları onunla birlikdə yaşayan rayon təhsil şöbəsinin metodisti Kifayət Mürsəlovaya dərin təşəkkürünü bildirdi. Söz verdi ki, həm müəllimlərinin, həm də valideynlərinin etimadını doğrultmaq üçün bundan sonra da çalışacaqdır.

    Yeni Tərtər

    Müəllif: Redaktor, 14:48

    Teqlər:

İsmarıclar bağlıdır.