Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Apr

    Bir şair tanıyıram–anadan şair doğulan şair, “Şairəm”-söyləməyə haqqı olan bir şair.
    Bir ziyalı tanıyıram–ali təhsili ilə deyil, vəzifəsi ilə deyil, amalı, ilə, əqidəsi ilə, Günəş ziyasına bənzəyən bir ziyalı.
    Bir şair tanıyıram– hər bir ifadənin üzərində zərgər dəqiqliyi ilə, əsl şair məsuliyyəti ilə işləyən bir şair.
    Bir ziyalı tanıyıram–çalışdığı kollektivdə səmimiyyəti və qayğıkeşliyinə görə mənəvi ailə başçısı simasında qəbul olunan bir ziyalı.
    Bir şair tanıyıram–qüdrətiylə adi qələmi “qızıl”a çevirən, poeziyanın sərt yoxuşlarında Məmməd Araz cəsarətiylə addımlayan bir şair.
    Bir ziyalı tanıyıram–istedadının kə-səriylə, zəkasının nuruyla 2 dəfə fərdi jurnalist yazıları müsabiqəsinin qalibi olan bir ziyalı.
    Bir şair tanıyıram–ana dilimizin və mənəviyyatımızın keşiyində yorulmaq bilmədən dayanan, yalnız vicdanının diktəsinə tabe olan bir şair.
    Bir ziyalı tanıyıram–yaşadığı ra-yonda sakinlərin əksəriyyəti tərəfin-dən ünvanına “Elin adamı” kimi şə- rəfli ad söylənilən bir ziyalı.
    Bir şair tanıyıram–köməyini, məsləhətini kimsədən əsirgəməyən, həmsöhbətini səbrlə, hörmətlə və zövqlə dinləyən, biganəliyə yad, paxıllığa düşmən olan bir şair.
    Bir ziyalı tanıyıram–bugünümüzün Zərdabiçilik, Sabirçilik, Cəlilçilik, Nəzmiçilik missiyasını məsuliyyətlə çiyinlərində daşıyan bir ziyalı.
    Bir şair tanıyıram–düçar olduğumuz müharibənin dəhşətlərinə, fəla-kətlərinə mövzularında dönə-dönə eti- raz səsini ucaldan, sinəsində əsl və-təndaş ürəyi gəzdirən bir şair.
    Bir ziyalı tanıyıram–o, ixtisasca mühəndis, Yazıçılar Birliyinin, Jurnalistlər birliyinin üzvü, “Qızıl qə-ləm” və Məmməd Araz mükafatları laureatı, 8 kitab müəllifi, bir neçə müsabiqələr qalibi, Tərtər rayon qəzetinin baş redaktoru Tofiq Yusifdir.
    Bir şair tanıyıram– o, ömrünün gənc-lik çağlarını Dərələyəz mahalında yaşayan, ilhamını o yaylaqların saf bulaqlarıyla mayalayan, zövqünü, ru-hunu əzəmətli dağların, mənzərəsiylə kökləyən, kağız-qələmi könlünün ən yaxın sirdaşı sayan, bələdçisi öz inam və istedadı, tənqidçisi ağlı, zəkası, senzuraçısı öz vicdanı olan, qabiliy-yətinə və cəsarətinə hamının heyrət etdiyi Tofiq Yusifdir.
    Bir ziyalı tanıyıram–bahar onun do-ğulduğu fəsildir. Bu bahar 65 yaşı tamam olmuşdur. Yubileyi münasibə-tiylə ən xoş və səmimi arzularla təb-rikimi çatdırmaq istədiyim ziyalı To- fiq Yusifdir.
    Bir şair tanıyıram–bir az huma-nistliyimizin, bir az qəlbigenişliyimi-zin, bir az dostcanlılığımızın, bir az sadəlövhlüyümüzün, bir az unutqanlığımızın, bir az biganəliyimizin ucbatından əlçatmaz olan Dərələyəzi- mizin həsrətini ürəyində yaşadan, vü-sal ümidiylə qovrulan, yaşayan bir şair –Tofiq Yusif şəxsiyyəti.
    Bir ziyalı tanıyıram–hər il 5 aprel tarixi onu bir addım da qocalığa doğru yaxınlaşdırsa da, heç də bundan məyus olmayır. Çünki onun ömrünün hədər dəqiqəsi yoxdur.
    Bir şair tanıyıram –əsl şair.
    Bir ziyalı tanıyıram– həqiqi ziyalı.
    Həmişə ziyalını düşünən beyni, görən gözü, şairi isə danışan dili bilərək qəbul edib Azəri xalqı. Ümid yeri kimi şair və ziyalıya üz tutublar həmişə.
    Odur ki, mən də bu dolaşıq kələfə bənzəyən zəmanəmizdə Tofiq müəllimə üzümü tuturam:

    Muğayat ol

    Siqlət itir sözümüzdə,
    Sözümüzdən muğayat ol.
    Sozalır dil közümüz də,
    Közümüzdən muğayat

    Hər qələmi iti çıxır,
    Qoşub xışı, cütü çıxır.
    Yazıların şiti çıxır,
    Duzumuzdan müğayat ol.

    Zamanın çox niyəsi var,
    Gileyini deyəsi var.
    Əyrilərin yiyəsi var,
    Düzümüzdən muğayat

    Minnət əkir dələduzu,
    Ovsanatdan çıxır ruzu.
    Üz-üzədir qurdla quzu,
    Quzumuzdan muğayat ol.

    Sabir, Cəlil sözü səndə,
    Məmməd Araz özü səndə,
    Müşviq, Cavid izi səndə–
    İzimizdən muğayat ol.

    Altmış beşi sayaq yarı,
    Yanılmayaq etibarı.
    Əzəmətdir saçın qarı,
    Yüzümüzdən muğayat

    Talıb Məmmədli

    Müəllif: Redaktor, 09:41

    Teqlər:

İsmarıclar bağlıdır.