Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    ac59fc4b1q-pc999riTanınmış jurnalist Səbuhiddin Rüstəmovun qeyd etdiyinə görə, 1980-ci illər ərəfəsi şair Nigar Rəfibəyli və tarixi romanlar ustadı professor Əzizə Cəfərzadə “Azərbaycanın qadın, aşıq şairləri” adlı qiymətli bir əsər yaratmışdılar.
    Bu kitabda “Ölülər”in Nazlısından başlamış, Ağabacı, Məshəti, Raziyəyə (Gəncəvi) qədər, Azərbaycanın aşıq qadınları və şair qadınların hamısı göstərilmişdir. Hazırda düşmən caynağından azad edilmiş “Lələtəpə”nin “Yaxşısı” (haqq aşığı Lələnin dəfn edildiyi Cocuq Mərcanlıda), haqq Aşığının sevgilisi Yaxşı ilə deyişmələri həmin kitaba salınmışdır.
    Bir sözlə, tariximizdə yaşanan Aşıq Pəri öz dövrünün çox görkəmli, mükəmməl yerini tutmuşdur. 1984-cü ilin əvvəllərində neftcalalı folklor bilicisi Narınc Xatın Əzizə Çəfərzadə ilə görüşür, XIX əsrin yarısında Şuşa mühitində təlim-tərbiyə almış Aşıq Pərinin adını əbədiləşdirmək qərara alınır. Beləliklə hər ikisinin səyi ilə Aşıqlar Birliyi Hüseyn Arif, Əzizə Cəfərzadə, Narınc Xatının imzası ilə sorağını eşitdikləri insanlara məktub yolladılar. Bir neçə çağırış da mənim arxivimdədir.
    Beləliklə, 1984-cü il 22 sentyabrda “Aşıq Pəri” məclisi Aktyor evində öz işinə başladı. Pəri məclisinə ölkəmizin hər yerindən gələn oldu. Hətta Gürcüstandan Mayka Mətin, Gülnigar, Tərlan və başqaları. 1985-ci ildə ilk səfər Qazax, Tovuz, Gədəbəyə oldu. 1986-cı ildə bizim tərəflərə, yəni Tərtərə, Kəlbəcərə qonaq oldu. Kəlbəcərdə Şamil Əskər (şair) verilişi lentə aldırdı.
    1987-ci ildə Aşıq Pərinin doğulduğu yerə, yəni Cəbrayıl rayonuna səfər edən Pəri qızları Dirili Qurbanı, Haqq Aşığı Lələ və Aşıq Pərinin məzarlarını ziyarət etdilər. Cəbrayılda Tarıyel Abbasov tərəfindən (hazırda AzTVdə işləyir) Aşıq Pəri haqqında toplanan arxivlə tanış oldular.

    Nübar Mədətli,
    Tərtər rayonunun
    Azadqaraqoyunlu kəndi

    Müəllif: Redaktor, 10:24

    Teqlər:

İsmarıclar bağlıdır.