Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    DSC_2088REDAKSİYANIN BUGÜNKÜ KOLLEKTİVİ

    Mən mətbuatla daim maraqlanan, daim ona bağlı olan insanlardanam. Demək olar ki, özümü mətbuatsız təsəvvür etmirəm. Hələ sovet dönəmində oxuduğum maraqlı qəzetlər– “Azərbaycan gəncləri”, “Sovet kəndi”, “Kommunist”, “Bakı” və başqa qəzetlər arasında “Qızıl Bayraq” və “Tərtər” özünəməxsus yer tuturdu. Qəzetlərin ən birincisi rayonumuzun həyatını əks etdirən rayon qəzetimizdir. Yaxşı bilirəm ki, qəzet çox keşməkeşli yollardan keçərək bu günümüzə kimi gəlib çatmışdı.
    Mən deyərdim ki, qəzetin yaşamasında rayon rəhbərliyinin köməkliyi ilə yanaşı onun əməkdaşlarının, başda redaktoru olmaqla gərgin zəhmətləri durur. Mən əvvəllər qəzetlə sıx əlaqə saxlayırdım, tez-tez redaksiyanın qonağı olurdum. Şeirlərimin çap olunmasında şəxsən baş redaktor Tofiq Yusifin və başqa əməkdaşların zəhmətlərini heç zaman unuda bilmərəm.
    Xatirimdədir ki, uzun fasilədən sonra qəzet 2005-ci ildə yenidən “Yeni Tərtər” adı ilə fəaliyyətinə başladı və bu gün də üzərinə düşən missiyası –oxucu tələbinə və marağına səbəb olan yazıları ilə fərqlənir. Formatı kiçik olsa da, həm rayonun həyatını özündə əks etdirir, həm də əməkdaşlarının oxunaqlı yazıları ilə oxucusunun diqqətini cəlb edir. Bu gün “Yeni Tərtər”in 11 yaşı tamam olur. Bu münasibətlə qəzetə davamiyyətli uzun illər, əməkdaşlarına sağlam can, saf düşüncə, iti qələm, oxucularına isə yüksək maraq və oxuyan gözlər arzulayıram. Arzulayıram ki, “Yeni Tərtər”in 11 yaşı böyüyərək 110 yaşa çatsın. Uğurların ən önəmlisi sənin olsun, mənim sevimli qəzetim “Yeni Tərtər”!

    Zülfiyyə İmdadqızı,
    Yazıçılar Birliyinin üzvü, Hüsənli kəndi

    Müəllif: Redaktor, 10:50

    Teqlər:

İsmarıclar bağlıdır.