Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    1998-ci ilin sonuna yaxın Tərtər qəzetinin vəsait çatışmazlığı ucbatından 7 il bağlanması mənim yaxşı yadımdadır.
    Bu tarixi ona görə yaxşı xatırlayıram ki, hələ ötən əsrin 70-ci illərindən rayon qəzetinin həm yaxın oxucusu, həm də pərəstişkarı olmuşam.
    Sovetlər dönəmində bizim dörd qonşu kənd birlikdə “Özbəkistan” kolxozu adlanırdı. Mən o zaman kolxozda pambıqçılıq briqadiri işləyirdim. Rayon qəzetində mənim başçılıq etdiyim kollektivin yaxşı işindən həmişə yazılar dərc olunardı. Ona görə də hamımız qəzetin hər yeni nömrəsini səbirsizliklə gözləyirdik. O zaman dəfələrlə qonşu təsərrüfatlar arasında gedən sosializm yarışının qalibi olurduq. Adımız həmişə qabaqcıllar sırasında çəkilirdi.
    Hətta yadımdadır ki, Ulu Öndər Heydər Əliyev Tərtərə gələndə qabaqcıl kolxoz kimi bizim təsərrüfatın pambıq tarlalarını gəzmiş, əməkçilərlə görüşüb söhbət etmiş, şəkil çəkdirmişdir. Bu bizə qol-qanad verər, işləmək həvəsi-mizi birəon qat artırardı. Onda hamı qəzeti əl-əl axtarar. Ulu Öndərlə çəkdirdikləri şəkillərə baxıb qürur hissi keçirərdilər. Rayon qəzetini bir də ona görə cox sevirik ki, onun səhifələrində rayonda görülən işlər işıqlandırılır, geridə qalanlar tənqid olunardı. O vaxtlar qəzetin hər bir tənqidi çıxışına rayon partiya komitəsində ciddi yanaşılar, həmin adamın məsələsinə rayon partiya komitəsinin büro iclasında baxılar, haqqında lazımi tədbir görülərdi.
    Başqa sözlə desək, qəzet rayon həyatının güzgüsü missiyasını yerinə yetirərdi. “Qızıl Bayraq” sonralar “Tərtər” adı altında dərc olunmağa başladı.
    İndinin özündə də bir fermer, ailə fermer təsərrüfatının başçısı kimi yenə rayon qəzeti ilə vaxtaşırı əlaqə saxlayıram. Dəmirçilər kənd icra nümayəndəliyinə gedir (axı, onlar müntəzəm rayon qəzeti alırlar), oradan qəzetləri götürüb mütaliə edirəm. Nümayəndəliyin işçiləri məni görən kimi zarafatyana deyirllər ki, Həsənov gəlib qəzetlərə baxmağa. Bu mənim 35-40 il bundan əvvəl qəzetə olan marağımdan irəli gəlir. Bu vərdişi, bu xasiyyəti hec vaxt unuda bilmirəm.

    Əjdər Həsənov,
    Dəmirçilər kəndi

    Müəllif: Redaktor, 11:07

    Teqlər:

İsmarıclar bağlıdır.