Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    QƏLBLƏRDƏ YAŞAYAN OĞUL

    image (1)Nicat Bəhruz oğlu İsgəndərov dünyaya gəlişi ilə bir ailəyə sevinc,fəxarət gətirmişdisə, şəhidlik zirvəsinə ucalması ilə xalqımızın qürur ünvanına çevrildi. Doğmaları danışırlar ki, uşaqlıqdan həmyaşıdları arasında tükənməz enerjisi ilə fərqlənən Nicat sanki bu dünyaya məhz hərbçi olmaq, canından artıq sevdiyi Vətənini qorumaq üçün gəlmişdi. Olduqca çevik, fiziki cəhətdən hazırlıqlı, yüksək insani keyfiyyətlərə malik bu gəncdə həm də ağsaqqallara xas olan düşüncə tərzi vardı. Hər kəsin yerini bilirdi. Hərəni öz dili ilə dindirməyi bacarırdı. Hərbidə hər bir çətin vəziyyətdən çıxış yolunu tapırdı. Əgər hərbi hissəyə işıq çəkmək lazım gəlirdisə, o montyor olurdu, əgər dülgərə ehtiyac yaranırdısa, bu işin öhdəsindən layiqincə gəlirdi.
    Ən gözəl yerinə yetirdiyi bir vəzifə də vardı ki, bu da düşmənlə mübarizə idi. Bunu əla bacardığını dəfələrlə bir kəşfiyyatcı kimi sübut etmişdir. Aprelin 1-dən 2-nə keçən gecə –son döyüşü isə onun hansı qəhrəmanlığa qadir olduğunu təkcə yoldaşlarına deyil, xalqımıza göstərdi. Son damla qanınadək vuruşan Nicat ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olundu.
    Avqustun 4-də Nicat İsgəndərovun 27 yaşı tamam olacaqdı. Həmin gün Bəhruz atanın ocağına Nicatı sevənlər top-laşmışdılar. Hər bir şey ad günündə olduğu kimiydi.Tortlar, şamlar, şirniyyatlar. Amma Nicat özü bu kədər və qürur doğuran məclisə ürəklərdən boylanırdı… Axı, indi o qəlblərimizdə yaşayır.
    Svetlana Bağırova

     

     

     

     

    Müəllif: Redaktor, 11:47

    Teqlər:

İsmarıclar bağlıdır.