Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Avq

    Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə– istər sovet dönəmində, istərsə də müstəqillik illərində daim gənclərə qayğı göstərmiş, onların kamil şəxsiyyət kimi yetişməsinə xüsusi önəm vermişdir. Bu baxımdan qeyd etməyə dəyər ki, əgər böyük öndər hakimiyyətinin birinci dövründə daha çox gənclərin bir kadr kimi yetişməsinə çalışırdısa, müstəqillik illərində isə artıq onları dövlətin idarə edilməsində aparıcı qüvvə kimi görürdü. Məhz 1993-2003-cü illərdə gənclərin himayədarı kimi çıxış edən dahi şəxsiyyət, təcrübəli dövlət başçısı sağlam düşüncəli yeni nəslin yetişdirilməsində misilsiz işlər görmüş və bu istiqaməti dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmişdir. Həmişə gənclərə böyük ümidlər bəsləyən Ümummilli Lider dəfələrlə qeyd etmişdir ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdir.
    1994-cü il iyulun 26-sında ölkəmizdə Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib və Ulu Öndər tədbirdə şəxsən iştirak edib. Təsadüfi deyil ki, 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Ulu Öndər “2 fevral Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” sərəncam imzalamışdır. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.
    Gənclərə göstərilən qayğıya “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı”, “Dövlət gənclər siyasəti haqqında” qanun, fərman və sərəncamları, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərinin inkişaf etdirilməsinə kömək edən Dövlət Proqramı”nı və s. misal göstərmək olar.
    2003-cü ilin oktyabrından Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident ilham Əliyev bütün sahə-lərdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə də xüsusi diqqətlə yanaşır. Dövlət gənclər siyasəti ölkə başçımızın rəhbərliyi altında bu gün daha da inkişaf etməklə yeni mərhələyə qədəm qoyur.
    Rayonumuzun əhalisinin 27%-ni gənclər təşkil edir. Onlardan 956 nəfər gənc idarə-müəssisə və təşkilatlarda çalışır, 34 nəfəri isə dövlət qulluqçusudur. Gənclər böyük qüvvədir. Abadlıq və quruculuq işlərində də onlar fəal iştirak edirlər.
    Rayon gənclərinin asudə vaxtının səmərəli keçirilməsi üçün rayonda Gənclər Mərkəzi fəaliyyət göstərir. Burada 3D kinozalı, tir atıcılığı, gənclərin əylənməsi üçün karaoke otağı, mini futbol idman meydançası gənclərin istifadəsin-dədir. Bundan əlavə, yeni uşaq–gənclər şahmat idman məktəbi də tikilib başa çatmaqdadır ki, bu da öz növbəsində gənclərin asudə vaxtlarını səmərəli keçirilməsinə xidmət göstərəcək. Rayon rəhbərliyi tərəfindən gənclərə xüsusi diqqət göstərilir, gənclərin biznes mühitinin yaxşılaşdırılması üçün münbit şərait yaradılır, məhəllələrarası futbol meydançaları salınır, yeni idman qurğuları quraşdırılır, dövlət orqanlarında çalışan gənclərə xüsusi diqqət və önəm göstərilir.
    Tərtər Rayon Gənclər və İdman İdarəsi tərəfindən rayonumuzda bu ilin birinci yarımilliyində gənclər sahəsi üzrə 26, idman sahəsi üzrə 16 tədbir keçirilmişdir, Gənclər və İdman Nazirliyinin dəvəti əsasında rayondankənar 8 tədbirdə gənclər və idmançılar iştirak etmişlər.

    Emin Pənahov,
    Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi

    Müəllif: Redaktor, 12:01

    Teqlər:

İsmarıclar bağlıdır.