Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Avq

    7790riyakar-2119e6ab-araez“Nankor” sözü dilimizdə işlədilən ən ağır sözlərdən biridir. “Nankor”, yəni “yediyi çörəyə kor baxan” mənasını verir. Və əlbəttə, bizim içimizdə də nankorlar vardır və deyərdim ki, az deyil, çoxdur. Bunlardan ən dözülməzi Vətənə qarşı nankorluqdur ki, bu əməlin sahibini nə qanun, nə yer, nə göy, nə də Allah bağışlamır.
    Deyirlər ki, çörək Qurandan irəli gəlib. Yəni mentalitetimizdə çörəyə müqəddəs kitabımız Quran qədər uca mərtəbədə hörmət vardır.
    Yadımdadır, mən uşaq ikən yerə çörək qırığı düşəndə, valideynlərim onu götürüb öpərək gözlərinin üstünə toxun-durardılar və süfrəyə qoyardılar. Onlar bu hərəkətləri ilə sanki çörəkdən üzr istəyərdilər ki, onu yerə salıblar. Və çörəyi çox müqəddəs bilərdilər. Kimsə, lap yalandan da olsa belə, “Çörək haqqı” andını içdi, ona hamı inanardı. Biri ilə çörək kəsdinmi, bu əbədi yadda qalar, hörmət-izzət və dostluq rəmzinə çevrilərdi.
    Rəvayət: Bir kişi günorta vaxtı yaşıl bir ağacın kölgəsində oturub nahar edirmiş. Baxıb görür ki, yaxınlıqdan saç-saqqalı ağappaq bir qoca keçir. Onu çağırır və birlikdə nahar etməyi xahiş edir. Qoca əyləşib onunla çörək yeyir. Durub getmək istəyəndə kişi qocadan kim olduğunu soruşur. Demək istəməyəndə kişi onu anda verir:
    –Sən kəsdiyimiz bu çörək, de görüm sən kimsən?
    Qoca bu müqəddəs andın qarşısında aciz qalıb deyir:
    –Mən Əzrayılam.
    0654Kişi yenə də onu anda verir:
    –Sən kəsdiyimiz bu çörək, canımı almamışdan əvvəl məni xəbərdar elə.
    Qoca onunla kəsdiyi çörəyin xətrinə: “Yaxşı”– deyib, gedir.
    Ay keçir, il dolanır, bir gecə kişi gözünü açır ki, həmin Əzrayıl onun başının üstü-nü kəsdirib. Kişiyə deyir:
    –Kəlmeyi-şəhadətini söylə, canını alacam!
    Kişi qorxudan əsə-əsə soruşur:
    –Bəs səni kəsdiyimiz çörəyə anda vermişdim ki, məni əvvəlcədən xəbərdar elə!
    Əzrayıl cavab verir:
    –A kişi, o andın xətrinə mən səni xəbərdar etmişəm. Bir neçə ay əvvəl qarşınızdakı qonşu öldü, sonra sağ və daha sonra sol tərə-finizdəki qonşularının canını aldım. Bir neçə gün əv-vəl də arxa tərəfinizdəki qonşu rəhmətə getdi. Bəs xəbərdarlıq necə olar?
    Kişi görür ki, pis yerdə ilişib. Yalvara-yalvara Əzrayıla dedi:
    –Sən kəsdiyimiz o çörək, mənə möhlət ver.
    Əzrayıl üzünü Allaha tərəf tutub acizanə deyir:
    –Ey böyük Yaradan! Mən səhv edib bu kişiylə çörək kəsmişəm. Indi o çörəyin qarşısında aciz qalmışam. Nə edim?
    Allah-təaladan səda gəlir:
    –Çörək müqəddəsdir. Kişi-nin andına əməl elə. Amma bir də kiminlə çörək kəsdiyini bil.
    Çörəyi hamı əziz tutur, bircə nankorlardan başqa.
    Uzun illər çörək kəsib dostluq etdiyim bəzi adamlardan elə nankorluqlar görmüşəm ki, bunlar mənə arxadan vurulan bıçaq zərbəsi kimi təsir edib. (Güman ki, bir çoxunuzun həyatında da belə hallar olub). Elə bil insanlar dəyişib, hamı bir-birinə yalan danışır, biri o birisinə badalaq vurmağa çalışır, sanki mərdimazarların sayı çoxalıb, heç kim heç kimin yaxşılığından danışmaq istəmir.
    Öz başıma gələn bir neçə əhvalatdan qısaca danışmaq istəyirəm.
    Əvvəlki rəhbər işçilərdən biri ilə aramızda narazılıq yaranmışdı. Bunu eşidən kimi çoxdan çörək kəsib, dost bildiyim bir nəfər həmin adama xoş gəlsin deyə, gedib məndən çuğulluq və satqınlıq etmişdi. Bundan sonra aramızdakı vəziyyət daha da gərginləşdi. Düzdür, sonda haqq öz yerini tapdı, lakin nankor nankorluğunda qaldı və sonralar cəzasına çatdı.
    Indi bu işi davam eləyənlər yenə var. Bu adamlar tək məni yox, elə hamını satır. Tərtər balaca bir rayondur, hamı bir-birini yaxşı tanıyır.
    Biri də vardı. Mənim ona həddindən çox yaxşılıqlarım dəymişdi, beş il bir yerdə işləmişdik. Vəzifədən çıxandan sonra da ona böyük hörmət bəsləyirdim. Xəstələnəndə yastığınının yanını kəsdirib, ağlamışdım da. Sonralar orda-burda məni şantaj etməyə başladı. Yəni kəsdiyimiz çörəyə kor oldu.
    Bir nəfər də vardı. Tərtər rayonunda hamı bizi qardaş bilirdi. Həqiqətən də, qardaş kimi idik. Sonradan məni şantaj edən həmin adama qoşuldu və orda-burda əleyhimə danışmağa başladı. (Açığını deyim ki, indi də onu itirdiyimə görə heyifsilənirəm).
    Bunlar hamısı xırda nankorluqlar olsa da, həqiqətlərdir, olmuş əhvalatlardır və onların hamısını tərtərlilər yaxşı tanıyırlar. Sadəcə olaraq onların adlarını dilə gətirməyi özümə layiq bilmirəm.
    Həyatda mənim də səhvlərim olub. Lakin heç vaxt heç kimə qarşı nankorluq etməmişəm.
    Ayrı cür nankorluqlar da var. Məsələn, 5-10 il əvvəl Tərtəri abadlaşdıranda yeni əkilmiş ağacları sındırır, gül-çiçəyi kökündən qoparıb atır, gecə işıqlanma lampalarını daşla vurub sındırır, oturacaqları qırır, tikinti materiallarını oğurlayır, naqilləri kəsirdilər. Sanki bu nankorlar öz doğma rayonlarının abadlaşmasını istəmirdilər. Lakin onların pislikləri özlərinə qaldı…
    Redaksiyanın qarşısında əkilən gül-çiçəyə də eyni münasibət vardı, hətta ad lövhəsini də bir neçə dəfə qırıb, zay hala salmışdılar.
    Bilirsiniz, gül-çiçəyi kökün-dən çıxararaq aparıb öz həyətlərində əkirlərsə, bu, dərdin yarısıdır. Amma burdan çıxarıb 5 metrdən sonra yolun ortasına atırlarsa, bu, artıq nankorluqdur. Belə dağıdıcılıq xisləti hardandır bu insanlarda?!
    Limonu çaya salandan sonra onu qaşıqla əzikləyirik. Bu da bir növ dağıdıcılıq həvəsindən irəli gəlir.
    Böyük nankorluqlar da çoxdur. Əgər övlad öz ata-anasının, ağsaqqal-ağbirçəyinin qədrini bilməzsə, əgər birisi ona yaxşılıq edən adama yamanlıq edirsə, əgər şagird müəllimin “üzünə ağ olarsa” böyük nankorluq etmiş olurlar.
    Ən böyük nankorluq isə Vətənə və dövlətə xəyanətdir. 1990-cı illərdə Azərbaycanı parçalamaq təhlükəsinə atan insanlar da nankorlar idilər. Çörəyini yeyib, suyunu içdikləri bu Vətənə xəyanət edənlərin ayrı adı varmı? Son zamanlar baş verən Nardaran hadisələri də nankorluqdan qaynaqlanırdı.
    Qarabağ boyda dərdi olan bir ölkənin, dırnaq içində desək, övladları gedib əcnəbi vilayətlərdə öz din və qan qardaşlarına qarşı vuruşurlarsa, onları qanlarına qəltan edirlərsə, bunların da adı nankorlardır.
    Və nəhayət, iyulun 15-də Türkiyədə silah gücünə dövlət çevrilişinə cəhd edənlərin hamısı xain və nankorlardır.
    “Nankor” – “nan” farsca çörək deməkdir, “kor” isə elə kordur.
    Tanrı bizi qorusun!

    Tofiq YUSİF

    Müəllif: Redaktor, 13:56

    Teqlər:

İsmarıclar bağlıdır.