Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 29Avq

    ScanBuruc kənd tam orta məktəbinin məzunu Ceyhun Əliyevin attestatında fransız dilindən başqa bütün qiymətləri “əla”dır. Yanlız xarici dildən “4” alıb. Söz verir ki, tələbəlik illərində bu qiymətini də “əla”ya çevirəcək. Axı, hansı ixtisası seçirsən-seç, müasir dövrdə xarici dilə də mükəmməl yiyələnməlisən.
    Ceyhun 632 balla Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsinə qəbul olub. O deyir ki, kimya fənni bəzilərinə çox çətin görünür. Amma həqiqətdə belə deyil. Kimyanı öyrəndikcə bu elmə maraq artır, onu incəliklərinə qədər bilmək istəyirsən.
    Ceyhunun anası Sevinc xanım ixtisasca kimya müəllimidir. Uşaqlıqdan özü oğlu ilə məşğul olub. İndi onun da sevincinin həddi-hüdudu yoxdur. Çünki həm müəllim kimi, həm də ana kimi zəhmətinin bəhrəsini görür.
    Müəllimləri də, məktəb yoldaşları da bildirirlər ki, Ceyhun olduqca zəhmət-keş və çalışqan olmaqla yanaşı, həm də sadə və təvazökardır. Yoldaşlarından ötrü əlindən gələni etməyə hazırdır.
    Aprel hadisələri Köçərli kəndinin həyatında silinməz izlər qoydu. Üç dəfə kəndə düşmən mərmisi düşdü. Ceyhunun və digər gənclərin uğuru o qaranlıq gecələrin işıqlı davamıdır. Gələcək yolunuz da həmişə işıqlı olsun, Ceyhun!

    Müəllif: Redaktor, 14:27

    Teqlər:

İsmarıclar bağlıdır.