Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Sen

    236Kəlbəcər mahalından qaçqın düşən Dağıstan Abdullayev 1993-cü ildən Tərtər rayonunun Ağkənd kəndində məskunlaşıb. Gəncə Dövlət Universitetini də elə 1993-cü ildə bitirib. O vaxdan da Ağkənddə yerləşən Kəlbəcər rayon 68 saylı orta məktəbində direktor müavini işləyir. Ailəlikcə kənd camaatına qaynayıb qarışıblar. Ailədə 4 nəfərdilər–özü, həyat yoldaşı və iki qızı.
    O danışır, mən qulaq asıram. Hiss edirəm ki, kəndlərindən, o dağlardan, meşələrdən, buz bulaqlardan danışdıqca kövrəlir. Deyir ki, Azərbaycanımızın hər bir guşəsi bizim üçün doğmadır, əzizdir. Amma bununla belə hər kəsin doğulub, boya-başa çatdığı istər kənd olsun, istərsə də şəhər, onun əsl vətəni, yurd yeri sayılır.
    Elə mənim doğulub boya-başa çatdığım Kəlbəcər mahalının Zivel kəndi kimi. Uca dağların qoynunda qərar tutan bu kənd Kəlbəcərin ən qədim kəndlərindən sayılır. Qalın meşələrlə, sıldırım qayalarla əhatə olunmuş bu kəndin havası da, durna gözlü bulaqları da insan sağlamlığı üçün sanki can dərmanıdır.
    Necə qaçqın düşdüyünü soruşuram. Deyir ki, ermənilər kəndimizi qəflətən ağır silahlardan atəşə tutdular. Camaat–kimi piyada, kimi atlaulaqla kəndi tərk elədi: 72 nəfər qız-gəlini isə bir “KamAZ”maşınına yığıb, Murov yolu ilə Gəncəyə yola saldıq. Oradan da Tərtərin Ağkənd kəndinə gəldik. Əvvəldən də bilirdik ki, bu kənddə Kəlbəcərdən olan insanlar çoxdur. O, sözünə davam edir.
    İndi bizi yaradana çox şükür. İlham Əliyev kimi həm ölkə Prezidentimiz, həm də Ali baş komandanımız var. Ümidvarıq ki, torpaqlarımız qaytarılacaq, onda biz də öz doğma yurd-yuvamıza dönəcəyik. Lakin hələ də o dağların nisgilini çəkirik.
    Yaman günün ömrü az olar, Dağıstan müəllim! Çox çəkməz ki, bütün qaçqın və köçkünlərimiz kimi, siz də öz doğma yurd-yuvanıza qayıdarsınız.

    Mirzə Nəsir

    Müəllif: Redaktor, 10:05

    Teqlər:

İsmarıclar bağlıdır.