Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Sen

    Изображение 139Изображение 185Professor, texnika elmləri doktoru Rasim Axundovun Axundovlar ailəsinə həsr etdiyi “Keçmişə nəzər salanda…” kitabının işıq üzü görməsi münasibəti ilə redaksiyamızda tədbir keçirilib.
    Tədbiri açan “Yeni Tərtər” qəzetinin baş redaktoru, “Keçmişə nəzər salanda…” kitabının redaktoru, Azərbaycan Mətbuat Şurasının və Azərbaycan yazıçılar birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” və “Məmməd Araz” mükafatları laureatı, “Tərəqqi” medallı dövlət mükafatçısı Tofiq Yusif bildirib ki, bu əsərin ərsəyə gəlməsi Azərbaycan elmi tarixinə, həmçinin rayonumuzun tarixinə bir töhfədir. Kitabda yaxın keçmişimizdə yaşayan feno-menal bir ailə–Axundovlar ailəsi haqqında sənədli materiallar əsasında səmimi bir söhbət açılır. Ailənin başçısı Fərrux Axundov uzun illər rayonumuzun Azadqaraqoyunlu kəndindəki tibb məntəqəsində işləmiş, eyni zamanda burada və ətraf kəndlərdə rus dilini tədris etmişdir. Ailədəki on övladdan beşi müxtəlif sahələr üzrə elmin ən yüksək zirvəsinə ucalmış, professor, elmlər doktoru adını almışdır. Valideynlər – Fərrux bəylə Maya xanım övladlarının hamısının ali təhsil almasına nail olmuşlar.
    Tofiq müəllim göstərib ki, bu ailənin mayasını ziyalılıq, nur təşkil edir. Təsadüfi deyil ki, hələ sovetlər dönəmində “Pravda” qəzetinin birinci səhifəsində Leonid Tahirovun imzası ilə onlar haqqında “Ondurlar, hamısına da əhsən!” sərlövhəli məqalə dərc olunmuşdur.
    Изображение 174%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-169Redaktor öz çıxışında professor Rasim Axundovun “Yeni Tərtər” qəzeti redaksiyası ilə müntəzəm əlaqə saxladığını, müxtəlif vaxtlarda qəzetin səhifələrində Axundovlar ocağının mümayəndələri haqqında materiallar dərc edildiyini göstərərək deyib ki, bu məqalələrin də kitabda toplanması bir növ “Yeni Tərtər”çilərin bu xeyirxah işə töhfəsi olmuşdur. “Keçmişə nəzər salarkən…” kitabı gənc nəslə örnəkdir.
    Rasim müəllim öz çıxışında kitabın yazılması səbəblərini, onun mahiyyətini açıqlayıb. Bildirib ki, valideynlərim və qardaş–bacılarım haqqında uzaq keçmişlərə söykənərək xatirələrimi yazmaq mənim üçün həm olduqca çətin, həm də şərəfli və məsuliyyətli bir iş oldu. Çətin oldu ona görə ki, onların heç biri artıq həyatda yoxdur, ömürlərini başa vurmuşlar. Şərəfli və məsuliyyətli oldu ona görə ki, qardaş–bacılardan ən kiçiyi (sonbeşiyi) mənəm. Təbii ki, onların haqqında geniş məlumatlar vardır və kitabda o məlumatlardan lazımi şəkildə istifadə edilmişdir.
    Tədbirdə həmçinin qəzetimizin əməkdaşlarından Svetlana Bağırova, Əvəz Nəsirov, Elfuzə Vəliyeva, Axundovlar oca-ğının nümayəndələrindən Təhminə, Elçin, bu ailənin yaxın qohumu və dostu olan dəyərli ziyalı, əsl vətənpərvər İlqar Qasımov, gənc alim Həqiqət Həşimova “Keçmişə nəzər salanda…” kitabı haqqında öz fikirlərini söyləyiblər. Qeyd edilib ki, kitabda haqqında söhbət açılan alimlərin hər biri barədə ayrıca bir əsər yazmaq olar. Bu isə gələcəyin işidir.
    Rasim müəllim tədbir iştirakçılarına yeni kitabını bağışlayandan sonra xatirə şəkli çəkdirildi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:52

    Teqlər:

İsmarıclar bağlıdır.