Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19Sen

    dsc_4147-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-057Rayonun təhsil işçilərinin sentyabr konfransı keçirildi. Təhsil işçiləri əvvəlcə mərkəzi meydanda Ulu Öndərin xatirəsini yad edərək abidəsinin önünə gül-çiçək dəstələri qoydular. Tədbir Mədəniyyət Mərkəzinin zalında davam etdirildi.
    Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
    Sonra rayon təhsil şöbəsinin müdiri Surxay Mirzəyev “2015-2016-cı dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələr barədə” məruzə etdi.
    Məruzə ətrafında Köçərli kənd tam orta məktəbin direktoru Nizami Hüseynov, Ələsgərli kənd tam orta məktəbin məzunu Vəfa Əlizadə, şəhər 1 saylı tam orta məktəbin direktoru Nəcibə Muradova, 632 bal toplamış Nərmin Qasımo-vanın valideyni Almaz Qasımova, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva, Zolgörən kənd tam orta məktəbin gənc müəllimi Şəhanə İmanzadə çıxış etdilər.
    Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun əməkdaşı Şükür Qəribov çıxış edərək təhsil işçilərini yeni dərs ili münasibəti ilə təbrik etdi və qarşıda duran vəzifələrdən danışdı.
    Konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun təhsil işçilərini yeni dərs ilinin başlanması və müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzuladı. Son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən ətraflı danışdı. Tədbirdə “Ən yaxşı ümum-təhsil məktəbi” müsabiqəsində birinci yeri qazanmış şəhər 1 saylı tam orta məktəbin direktoru Nəcibə Muradova Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edildi.
    Konfransda bir qrup təhsil işçisinə rayon icra hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr verildi.

    Müəllif: Redaktor, 16:43

    Teqlər:

İsmarıclar bağlıdır.