Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen

    56055–Yaşım altmışın üstündə olsa da, qəlbimin lap dərinliyindəki eşq odunun istisi ilə qızınan ruhum hələ cavandır.
    Şüurlu yaşadığım əlli ildə pis bildiyim heç nəyi təkrar etmədim, yaxşı bildiyim heç nəyin üstündən xətt çəkmədim.
    Yaşadığım illəri yenidən olduğu kimi yaşayardım, tək bir dəyişiklik etməklə: Əgər yenidən bir də bu dünyaya gələrəmsə, peşə kimi Müəllimliyi seçərdim. Və heç vaxt təqaüdə çıxmadan yenidən dünyamı dəyişənə kimi Müəllim işləyərdim. Gün kimi isti, ay kimi işıqlı, bulaq suyu kimi saf, dağ havası kimi təmiz balalara həyat dərsi öyrədərdim. Mən Müəllim olardım!
    Millətini olduğu kimi sevən, tarixini, ədəbiyyatını, mədəniyyətini uca tutan, torpağını sevən və onun müqəddəsliyinə inanan və inandırmağı bacaran müəllim olardım. Şagirdlərimə sevməyi öyrədərdim. Öyrədərdim ki, onlar yaxşı nə varsa sevsinlər, pisin mənşəyini öyrənsinlər. Axı, yaradan heç nəyi pis yaratmayır. Bəs nə üçün pisliklər yaranır?…
    Qəfil səs məni fikirdən ayırdı.
    –Salam əleyküm! Bərk fikrə getmişdiniz.
    –Və əleyküm salam! Hə, fikirdə idim. Fikirləşə bilməyən insanla ölmüş insanın fərqi birincinin gözünü döyməsində, ikincininsə göz qapaqlarının örtülü olmasındadır. İnsanın yarada bildiyi nə varsa, hamısı insan fikrinin, idrakının məhsuludur.
    –Bilmək olarmı belə dərin-dərin nə fikirləşirdiniz?
    –Olar, fikirləşirdim ki, bir də dünyaya gələndə gərək Müəllim olum.
    –Ay pir olmuş, müəllimlər nə qazanırlar ki, sən də deyirsən Müəllim olum? Başına iş qəhətdir?
    –Qardaş oğlu, mənim fikrim Müəllim olmaqdır. Millətimizin gələcəyi üçün savadlı, yüksək mədəniyyətli insanlar yetişdirmək məqsədi ilə Müəllim olmaq istəyirəm. Yadında saxla və heç vaxt unutma ki, İntellekt və mədəniyyət səviyyəsi yüksək olan, millətini və torpağını sevən heç bir xalq məğlub olmaz. Tarixin səhifələrində fikrimi təsdiq edəcək yüzlərlə misallar var. Xalqımızın çox böyük tarixi, yüksək mədəniyyəti və çox zəngin ədəbiyyatı olub, bu gün də var. Bütün bu yüksək dəyərlərimizi gələcəyə ötürmək üçün Müəllim olacağam.

    Qərib Qamanoğlu,

    Tərtər

    Müəllif: Redaktor, 13:38

    Teqlər:

İsmarıclar bağlıdır.