Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Sen

    MUSİQİNİN BƏXŞ ETDİYİ XOŞBƏXTLİK

    dsc_7220Milli Musiqi Günü münasibətilə Tərtər Rayon Musiqi Məktəbinin müəllimi Sevil Teymurova ilə əlaqə saxladım. Musiqimizdəki uğurlardan söhbət açdıq. Sevil müəllım bildirdi ki, hələ orta məktəbin aşağı siniflərində oxuyarkən musiqiyə bağlı insan olub. Rəqsə gedib, milli rəqslərimzi ifa edib. Böyüdükcə bu həvəs daha da çoxalıb. Bunu görən böyükləri onu yeddiillik musiqi məktəbinin fortepiano şöbəsinə gətiriblər. Burada təcrübəli müəllimlərdən dərs alıb. Sonralar təhsilini Asəf Zeynallı adına musiqi kollecində davam etdirib, 1976-cı ildən rayon musiqi məktəbində müəllim işləyir. 1998-ci ildən isə məktəbdə fəaliyyət göstərən iki şöbədən birinə–fortepiano şöbəsinə rəhbərlik edir. Artıq qırx ildir ki, burada müəllim kimi fəaliyyət göstərir.
    Sevil müəllim deyir ki, Azərbaycan musiqisi çox zəngindir. Bizim muğamımız, xalq və bəstəkar mahnılarımız, aşıq havalarımız var. Milli Musiqi günü isə dahi bəstəkar, milli operamızın banisi Üzeyir Hacıbəyovun doğum günü qeyd edilir. Hamıya məlumdur ki, gündən-günə musiqimiz inkişaf edir. Dahi bəstəkarımız Üzeyir Hacıbəyovun yazdığı muğam operaları “Leyli və Məcnun”, “Şeyx Sənan”, “Əsli və Kərəm”, “Rüstəm və Söhrab”, “Şah Abbas və Xurşudbanu”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib”, Müslüm Maqomayevin “Şah İsmayıl” operaları musiqi tariximizə daxil olmuş yaradıcılıq nümunələridir.
    Müstəqillik dövründə Azərbaycan musiqisi beynəlxalq festivallarda təmsil olunur. “Bizim ölkəmiz musiqi ölkəsidir” deyənlər yanılmırlar. Həqiqətən də belədir. Elə mən özüm məşğul olduğum fortepiano şöbəsindən danışım. Bu 40 ildə onlarla uşaq təhsil alıb. Hazırda şagirdlərimdən elə 3 nəfəri mənimlə birgə çalışırlar. Ilahə Quliyeva, Nigar Əmir-zadə, Ləman Göyüşova neçə ildir musiqimizi tədris edirlər. Onlarla şagirdlərim ölkəmizin musiqi təmayüllü ali məktəblərində təhsil alıblar.
    Bizim musiqi məktəbində uşaqlara ibtidaidən başlayaraq dərslər keçirilir. Sinifdən-sinifə klassiklərin, bəstəkarların muğam və təsnifləri, operalar, sonatalar öyrədilir. Mən deyərdim ki, bugünkü yeniyetmələrdə musiqiyə çox böyük həvəs və maraq vardı. Milli Musiqi Gününü isə yüksək səviyyədə təşkil edirik. Axı, musiqi bizim ikinci dilimizdir, ünsiyyət vasitəmizdir, musiqi mədəniyyətimizdir, milli-mənəvi sərvətimizdir. Heç bir ölkədə bəlkə də bizim musiqimizdə olan çoxjanrlılıq yoxdur. Ona görə də məktəbimizdə təhsil alan şagirdlərin hər biri bu musiqi bayramında böyük həvəslə iştirak edirlər.
    Sevil müəllim onu da bildirdi ki, gəlini Şəbnəm Məmmədova da musiqi məktəbinin müəllimidir. 5 nəvəsindən 2-si musiqi məktəbində təhsil alır. Bu həvəs və istəyin səbəbkarı məhz Sevil müəllimdir. Buna görə özünü xoşbəxt bir insan sayır.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 13:42

    Teqlər:

İsmarıclar bağlıdır.