Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Okt

    foto-at%c9%99t-1foto-at%c9%99t-2Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun birgə təşkilatçılığı ilə “Qeyri ayrı-seçkilik və tolerantlığın təşviqinə dair dinlərarası dialoq” mövzusunda ikigünlük seminar keçirib.

    Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov, Mərkəzin müşaviri Aytən Qəhraman, şöbə müdirləri Rəşad İlyasov və Sərxanbəy Xuduyev, Roma-Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Vladimir Fekete, Avropa yəhudiləri Bakı dini icmasının baş ravvini Şneor Siqal, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tolerantlıq və qeyri ayrı-seçkilik departamentinin rəhbəri Kristina Finç iştirak edib.

    Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin baş məsləhətçisi, professor Etibar Nəcəfov çıxış edərək Dövlət müşaviri Kamal Abdullayevin adından seminar iştirakçılarını salamlayıb. O, Azərbaycanın multikulturalizmə alternativi olmayan mütərəqqi bir siyasət kimi yanaşdığını qeyd edib. Bu siyasətin nəticəsində ölkəmizdə dini etiqad azadlığının təmin olunduğu, rəsmi fəaliyyət göstərən bütün dini icmaların qanun qarşısında eyni məsuliyyət daşdıqları və dini radikalizmin qarşısının alındığı diqqətə çatdırılıb.

    E.Nəcəfov dövlətimizin multikulturalizm siyasəti vasitəsilə cəmiyyətdə mövcud olan etnik-mədəni dəyərlərin qorunmasında, etnik toplumlar arasında dostluq və qardaşlıq mühitinin formalaşmasında əldə olunan nəticələri vurğulayıb. Ölkəmizdə yaşayan bütün xalqların və etnik qrupların din azadlıq hüquqlarının müdafiə olunmasına dövlətimizin xüsusi fikir verməsini qeyd edib. Alban Apostol aftokefal kilsəsinin bərpası istiqamətində görülən işlər, Alban-Udi, eləcə də pravoslav kilsələrinin, sinaqoqların bərpa olunması və yenilərinin tikilməsi, Bakının mərkəzində erməni kilsəsinin bərpa olunması və qorunması buna əyani sübutdur. Eyni zamanda, müstəqillik dövründə ölkəmizdə iki mindən çox məscid tikilib, qədim dini-tarixi abidələr bərpa edilib. Bildirilib ki, “İmamzadə” kompleksində, Şamaxı Cümə məscidində aparılan təmir-bərpa və tikinti işləri başa çatdırılaraq istifadəyə verilib. Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan Heydər məscidi isə Azərbaycanın ən böyük məscididir.

    ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tolerantlıq və qeyri ayrı-seçkilik departamentinin rəhbəri Kristina Finç çıxışında Büronun bu sahədə gördüyü işlərdən danışaraq, maarifləndirmə məqsədilə keçirilən ikigünlük seminarın əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, seminarin məqsədi Avropa məkanında və dünyada dinlərarası dialoqun təşviq edilməsi, bu sahədə dünya ölkələri və Azərbaycanın təcrübələrinin bölüşdürülməsidir.

    Daha sonra Avropa yəhudiləri Bakı dini icmasının baş ravvini Şneor Siqal çıxış edərək Azərbaycandakı tolerantlıq mühitindən danışıb. Ravvin qeyd edib ki, Azərbaycan tolerantlığın canlı nümunəsidir və ölkəmizdə bütün dinlərin nümayəndələrinə bərabər münasibət göstərilir.

    BBMM-in Analitika şöbəsinin müdiri Rəşad İlyasov Avropanin bir sıra aparıcı ölkələrində multikulturalizm, tolerantlıq münasibətlərinin iflasa uğradığı zamanda Azərbaycanda bu

    siyasətin dövlət tətəfindən uğurla aparılması barədə fikirləri seminarın ekspertləri tərəfindənmüsbət fəaliyyət kimi dəyərləndirilib.

    BBMM-in Layihələr şöbəsinin müdiri Sərxanbəy Xuduyev diskussiyalar zamanı qurumun fəaliyyəti, Azərbaycanın multikulturalizm təcrübəsinin dünya gəncləri arasında təbliği və təşviqi istiqamətində mərkəzin həyata keçirdiyi layihələr haqqında məlumat verib: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığı iki ildən artıq müddət ərzində Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirməkdədir. Mərkəzin önəmli layihələrindən biri də artıq ənənəyə çevrilən, mütəmadi olaraq təşkil edilən beynəlxalq multikulturalizm qış və yay məktəbləridir. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin qeyd etdiyi kimi, mütəmadi olaraq təşkil olunan beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsilə Azərbaycana olan maraq məhəbbətə çevrilib. Sonda qeyd olunub ki, seminarin məqsədi Avropa məkanında və dünyada dinlərarası dialoqun təşviq edilməsi, bu sahədə dünya ölkələri və Azərbaycanın təcrübələrinin bölüşdürülməsidir.

    Yadigar Məmmədli,

    Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Mərkəzi

     

    Müəllif: Redaktor, 16:12

    Teqlər:

İsmarıclar bağlıdır.