Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Okt

    onu_diploosBirinci Dünya müharibəsi (1914-1918) 15 milyon insanın həyatına son qoydu. Müharibənin bütün dəhşətlərini görmüş Avropa xalqları birgə bəyanat qəbul etdilər: “Müharibə olmasın!” Birinci Dünya müharibəsinin yekunlarına həsr olunmuş Versal sülh konfransında (1914) sülhü müdafiə etmək naminə beynəlxalq birliyin yaradılması ideyası irəli sürüldü. Bu ideyanın müəllifi ABŞ prezidenti Vudro Vilson idi. Bu təklif konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılandı və Millətlər Cəmiyyəti adlanan beynəlxalq təşkilat yaradıldı. Bu təşkilat elə yarandığı ilk gündən çətinliklərlə qarşılaşdı. ABŞ Senatı Vilsonun Millətlər Cəmiyyətinə daxil olmaq barədə təklifini rədd etdi. SSRİ yalnız 1933-cü ildə bu təşkilata daxil oldu, lakin tezliklə – 1939-cu ildə Finlandiya ilə müharibədə təqsirləndirilərək oradan qovuldu. 1939-cu ildə Almaniya Çexoslovakiya və Polşaya soxuldu. Bununla da İkinci Dünya müharibəsi başlandı. Bu, Millətlər Cəmiyyətinin dağılması demək idi.
    İkinci Dünya müharibəsi (1939-1945) başa çatanda dünya xalqları bir daha qətiyyətlə dedilər: “Müharibə olmasın!” Bu dəfə müharibə 60 milyon insanın həyatına son qoymuşdu. Əbədi sülhü bərqərar edib möhkəmləndirən yeni bey-nəlxalq birliyin yaradılması zərurəti meydana çıxdı.
    Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, eləcə də dövlətlər arasında dinc əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə müstəqil dövlətlərin könüllü birləşməsi nəticəsində təşkil edilmiş beynəlxalq təşkilatdır. BMT-nin Nizamnaməsi 1945-ci ilin aprelində ABŞ-ın San-Fransisko şəhərində keçi-rilən konfransda 50 dövlətin nümayəndəsi tərə-findən imzalanmış və həmin ilin 24 oktyabrında qüvvəyə minmişdir. Odur ki, 24 oktyabr beynəlxalq aləmdə BMT Günü kimi qeyd olunur. BMT-nin iqamətgahı Nyu-Yorkda yerləşir. Azərbaycan Respublikası 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul olunmuşdur. 2000-ci ildə BMT üzvlərinin sayı 189-a çatmışdı. Ərazisindən və əhalisinin sayından asılı olmayaraq hər bir ölkə BMT-nin Baş Məclisində bir səslə təmsil olunur. BMT-nin münaqişə zonalarında yerləşdirmək üçün müxtəlif ölkələrin hərbiçilərindən təşkil olunmuş və “mavi dəbilqəlilər” adlanan sülhməramlı qoşun kontingenti də vardır. Ermənistan ordusunun torpaqlarımızı işğal etməsi məsələsi dörd dəfə BMT-də müzakirə olunmuş, bu işğalı pisləyən və işğal olunmuş əraziləri qeyrişərtsiz tərk etməyi tələb edən 822, 853, 874 və 884 №-li qətnamələr qəbul edilmişdir. Təəssüf ki, BMT-nin bu qətnamələri indiyədək yerinə yetirilməmiş qalıb. Beynəlxalq birliyin sanksiyalarına məruz qalmayan təcavüzkar isə bu qətnamələri yerinə yetirməkdən imtina edir.

    Müəllif: Redaktor, 14:44

    Teqlər:

İsmarıclar bağlıdır.