Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Okt

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-163-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8fHaqqında yazmaq istədiyim, hamı kimi mənim də şəxsiyyətinə çox böyük hörmət bəslədi- yim bir insandır. Təxminən bir neçə il əvvəl onun barəsində kiçik bir məqalə işləmişdim. Bu gün yazmağımın səbəbi isə onun fəxri ada layiq görülməsi, ölkə rəhbərinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmasıdır.
    Hamının hörmətini qazanmış bu insan rayon statistika idarəsinin rəhbəri Ədalət Məmmədovdur. Ədalət müəllim, haqqında həmişə xoş sözlər söylənilən dövlət qulluqçularından sayılır. O, çox da böyük olmayan bir kollektivə rəhbərlik edir. Kollektivin çalışdığı sahəni rayonun güzgüsü adlandırmaq olar. İctimai mühitdə elə sahələr var ki, onlarsız həyatımızı təsəvvür etmək qeyri-mümkündür. Məktəbsiz-müəllimsiz təhsilimiz olmadığı, xəstəxanasız-həkimsiz sağlamlıqdan danışılmadığı kimi məlumatsız-rəqəmsiz statistikamız yoxdur. Elmin, texnikanın gündən-günə inkişaf etdiyi bir zamanda statistikamız da öz yerində saymayıb. O, elektron formaya, onlayn sistemə keçib. Bunu rayon rəhbərliyinin təşəbbüsü ilə Prezident tərəfindən yüksək mükafata layiq görülmüş Ədalət müəllimlə söhbətimiz zamanı bir daha təsdiq etdi və dedi:
    –Ölkədə aparılan islahatlar statistika sahəsindən də yan keçməyib. Hamıya məlumdur ki, son illərə kimi bizim idarəmiz uyğun olmayan binada yerləşirdi, köhnə avadanlıqlardan istifadə edilirdi. Hazırda yüksək standartlara cavab verən, hər cür müasir avadanlıqlarla təchiz olunmuş idarəmiz var. Artıq bütün məlumatları elektron sistemlə işləyirik. Onu da bildirim ki, hələ 2014-cü ildə mənə Dövlət Statistika Komitəsinin sərəncamı ilə Dövlət Qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi verilib. Bu, mənim özümə və kollektivə qarşı olan məsuliyyətimi artırıb. Bu ilin əvvəlində Komitənin sədrinin kollektivimizlə görüşü, regional statistikada aparılan dəyişikliklərlə bağlı verdiyi tövsiyələrə diqqətlə əməl etməyimiz idarənin işindən razı qalmasını təsdiq edirdi. Yaxşı bilirəm ki, mənim əməyimin qiymətləndirilməsi isə həm rayon icra başçısının, həm də Dövlət Statistika Komitəsi sədrinin təqdimatları əsasında nəzərə alınmışdı. Bu mükafatın verilməsində diqqət və qayğısı olan hər kəsə öz dərin təşəkkürümü bildirirəm və onu rəhbərlik etdiyim kollektivin işinə verilmiş yüksək qiymət kimi qəbul edirəm.
    Söhbət əsnasında Ədalət müəllim onu da qeyd etdi ki, hər il rayonun 5 illik bütün statistik məlumatlarını əks etdirən məcmuələr, bülletenlər, təhlili məruzələr hazırlanaraq Komitəyə təqdim olunur. Rayonun statistik həyatından bəhs edən məqalələrlə “YeniTərtər” qəzetində çıxış edirik, İctimaiyyət üçün maraqlı olan məlumatlar AzərTac vasitəsilə xalqa çatdırılır.
    Bütün bu görülmüş işlərlə Ədalət müəllim vətən, xalq qarşısındakı öz vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirdiyini təsdiq edir.O, əməyinin mükafatını dövlət tərəfindən almış, tərtərlilər tərəfindən isə böyük hörmət qazanmışdır. Bu təvazökar, sadə dövlət qulluqçusu rayonda hər kəsin sevimlisidir. Ona təqdim olunmuş bu fəxri mükafata görə Ədalət Məmmədovu ürəkdən təbrik edir, daha yüksək mükafata və hörmətə layiq olmasını ürəkdən arzu edirik.

    Elfuzə Vəliyeva

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 15:49

    Teqlər:

İsmarıclar bağlıdır.