Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 11Apr

    Bu yaxınlarda AFFA-nın kokokola firmasının təşkilatçılığı ilə Gənclər Mərkəzinin mini futbol meydançasında rayon məktəblərinin VII sinif şagirdləri arasında futbol yarışı keçirilmişdir.

    Yarışda 44 məktəbin idmançıları iştirak etmişdir.

    Finalda Hacıqərvənd və Mamırlı kənd tam orta məktəblərinin şagirdləri qarşılaşmışlar. Gərgin idman müba- rizəsi şəraitində keçən yarışda Mamırlı kənd tam orta məktəbinin idmançıları 3:2 hesabı ilə qələbə qazanmş və rayon birinciliyinin qalibi olmuşlar. Onların belə bir qələbəsi 1984-cü ildə də olmuşdur.

    Qalib komandanın idmançıları Ruslan Yaqubov, Sakit Abdullayev, Murad Əlzadə, Elşən Ağazadə, Əlişan Məmmədov, Novruz Quluzadə və Toğrul Məmmədov AFFA-nın qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.

    Həmçinin məktəb kollektivinin ümümi yığıncağında ko- mandanın üzvlərinə fəxri fərmanlar verilmişdir.

    Məktəbin direktoru Məzahir Cəfərov bildirmişdir ki, şa- girdlərimizin bu qələbəsində idman müəllimi Cahangir İsmayılovun əməyi böyükdür.

    Kənan

    Müəllif: Redaktor, 11:16

    Teqlər:

İsmarıclar bağlıdır.