Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy

    emblemMəktəb laboratoriyalarında təyinatından asılı olaraq yanğın və partlayış xüsusiyyətləri olan müxtəlif kimyəvi maddələrin, reaktivlərin işlədilməsi, saxlanması ilə bağlı şagirdlər yanğın təhlükəsizliyi qaydalarını bilməli, onlara əməl etməlidirlər. Laboratoriyalarda istifadə olunan kimyəvi maddələrin, reaktivlərin çoxu yanğın və partlayış təhlükəli xüsusiyyətlərə malikdir.00 Məsələn; belə maddələrə anilini, azot-2 oksidi, bariumperoksidi və s. göstərmək olar. Belə maddələrin, reaktivlərin işlədilməsi və saxlanması vaxtı müəyyən olunmuş təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Yanğın vaxtı isə onları kimyəvi və mexaniki hava köpükləri, çilənən su, su buxarı və təsirsiz qazlarla söndürmək lazımdır. Maddələrin və materialların birgə saxlanma qaydalarına xüsusi diqqət yetirmək lazımdır. Çünki onlara əməl etmədikdə yanğın və partlayış yaranar. Reaktivlər və başqa maddələrin birgə saxlanması istilik yığımına və öz-özünə alışmaya səbəb ola bilər. Ona görə də onlar müvafiq yerlərdə yanmayan şkaflarda saxlanmalıdır. Oksidləşdiriciləri (bertole duzunu, barium perxloratı, ammonyakı, natrium-nitratı və s.) şüşə, möhkəm tıxaclı bankalarda və ya plastik maddədən hazırlanmış qablarda saxlamaq lazımdır. Bu reaktivlər şkafın yuxarı rəfinə ayrıca qoyulmalıdır. Qatılaşdırılmış mineral turşuları 3 litrdən çox olmayan kip tıxaclı bankalarda saxlamağa icazə verilir. Brom və xrom anhidridini xüsusi metal və ya çini qablarda yerləşdirilmiş şüşə qablarda saxlamaq lazımdır. Natrium və barium peroksidlərin kip tıxaclı şüşə bankalarda saxlamağa icazə verilir. Bankaları metal qablarda yerləşdirmək lazımdır ki, şüşə qabların silkələnməsi vaxtı maddələrin tökülməsinə yol verilməsin. Bu maddələri oksidlər olan şkafda eyni rəfdə yerləşdirmək olar. Bu rəfdə hər hansı başqa maddələrin yerləşdirilməsinə yol verilmir. Qırmızı fosforu kip qapaqla bağlanmış şüşə və ya metal bankalarda saxlamaq olar. Məktəb kimya laboratoriyalarında və anbarlarda reaktivləri qıfılla bağlanan şkaflarda saxlamalı, açarlar isə müəllim və ya laborantda olmalıdır. Tezalışan və yanar maddələri (benzin, benzol, efir, aseton, toluol, nitroloklar, neft, kerosin, spirt və s.) 3 kq-dan çox olmayaraq yalnız qızdırıcı cihazlardan uzaqda olan metal qutuda saxlamağa icazə verilir. Fizika və kimya laboratoriyalarında şagirdlərin reaktivlərlə, elektrik və başqa cihazlarla işləmələri müəllimin və ya laborantın rəhbərliyi və nəzarəti olmadan qadağandır. Laboratoriya işləri icra edilən zaman şagirdlər əvvəlcə yanğın təhlükəsizliyi tədbirləri ilə tanış olmalıdırlar. Reaktivlər olan bankaların üstünə onların içərisindəkilər haqqında məlumat verən etiket yapışdırılmalıdır. Qabda müvafiq yazısı olmayan maddədən istifadə etmək olmaz! Keçidlər, çıxışlar və yanğınsöndürmə vasitələri yerləşən yerə gedən yol açıq olmalıdır. Yağlı əskilər qapaqlı metal qablarda saxlanmalıdır. Masa və digər mebelləri tezalışan mayelərlə silmək və yumaq olmaz! Elektrik qızdırıcı cihazları yanmayan altlıqlı dayağa bərkidilib istifadə edilməlidir. Tezalışan mayelərin saxlanması şərtlərini müəyyən edən əsas xüsusiyyətlər axma, asan buxarlanma və alışma qabiliyyətləridir. Əgər asan alışan mayelərin bir günlük ehtiyacı 0,5 litrdən çoxdursa onları həmin ölçülü qablarda günəş şüalarından və qızdırıcı cihazlardan uzaqda yerləşən şkaflarda və ya yanmayan materialdan hazırlanmış kip qapaqlı qutularda saxlamaq olar. Laboratoriyalarda bir gündən artıq saxlanması lazım olan tezalışan və yanar mayeləri xüsusi anbarda yerləşdirmək lazımdır. Belə mayeləri nazik divarlı şüşə qabda, oksidləşdirici və aşındırıcı maddələrlə yanaşı saxlamaq qadağandır! Tezalışan mayelərlə iş zamanı qaz olduğundan, açıq elektrik qızdırıcı cihazlardan, kibrit, siqaret, açıq alovdan istifadə etmək olmaz. Tezalışan mayelərin qızdırılmasının vacibliyi zamanı saz vəziyyətdə olan qapalı elektrik qızdırıcı cihazlardan istifadə edilməlidir. Laboratoriyalarda yanğın əmələ gələn zaman mümkün qədər tez bütün partlayış və yanğın xassəli maddələr təhlükəsiz məkana daşınmalı və ventilyasiya söndürülməlidir. Dərhal yanğından mühafizə hissəsinə xəbər verməli və əldə olan vasitələrlə yanğının söndürülməsi üçün tədbirlər görülməlidir.

    Fövqəladə Hallar

    Nazirliyinin Qarabağ

    Regional Mərkəzi

    Müəllif: Redaktor, 12:31

    Teqlər:

İsmarıclar bağlıdır.