Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy

    KİTABXANALAR MÜTALİƏ MƏDƏNİYYƏTİNİN MƏNBƏYİDİR

    20161010_09194020161010_092130Beynəlxalq Məktəb Kitabxanaları Günü YUNESKO-nun təşəbbüsü ilə 1999-cu ildən etibarən qeyd olunur.
    İlk dəfə olaraq bu günün qeyd olunmasını Beynəlxalq Məktəb Kitabxanaları Birliyinin prezidenti Blanş Vullz elan edib. 2005-ci ildə bu bayramın rəsmi statusunu birliyin yeni prezidenti Piter Cenko təsdiqləyib.
    2008-ci ildən etibarən isə bu gün bir aylıq silsilə tədbirlərlə qeyd olunur. Bu isə hər bir məktəb kitabxanasına aylıq çərçivəsində ən münasib tarixi seçərək bayramı qeyd etməyə imkan verir.
    Bütün dünyada məktəb kitabxanaları müxtəlif formada olsa da bir məqsədə qulluq edir: “Təhsil və təlim hamı üçündür.” Buna görə də məktəb kitabxanaları məktəbin daxilində fəal dərs proqramını həyata keçirən dərs və təhsil mərkəzi kimi fəaliyyət göstərir. Məktəb kitabxanaları şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına çalışmalıdır. Məktəb kitabxanalarının işinə nəzər salarkən bəzi kitabxanaların təhsil standartlarına, pedaqoji kollektivlərin tələblərinə cavab vermədiyi məlum olur. Bununla əlaqədar rayon təhsil şöbəsinin metodisti Kifayət Mürsəlova ilə əlaqə saxladım və rayondakı məktəb kitabxanaları haqqında məlumat aldım, nümunəvi kitabxanaçılarımızdan biri–Solmaz Məmmədovanın işi barəsində danışdı. Dedi: —Bizim rayonda 44 orta məktəb kitabxanası fəaliyyət göstərir. Bu kitabxanalarda birlikdə 202372 ədəd dərslik, 902503 ədəd bədii kitab fondu vardır. Kitabxanalarımız lazımi avadanlıqlarla–stol, stul, şkaf, kitabxana rəfləri ilə təchiz olunub, imkan daxilində kitab fondu və oxu zalları geniş sahələrdə təşkil olunub, kataloq kartockaları ilə təmin olunublar. Bunlardan biri–Kəngərli kənd tam orta məktəbinin kitabxanasını nümunə göstərmək olar.
    Kitabxana Kəngərli kənd tam orta məktəbinin geniş bir otağında yerləşir. Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmiş, uzun illər təcrübəçi olan Solmaz Məmmədova burada çalışır. O, işini müasir tələblərə uyğun görür. Hazırda kitabxananın 3573 ədəd dərslik və 1570 ədəd bədii kitab fondu, 26 nəfər müəllim, 90 nəfər şagird oxucusu vardır. Burada kütləvi tədbirlərin keçirilməsinə, mütaliə vərdişlərinə, mədəniyyətinə fikir verilir, qiraətə yardım məqsədilə diskussiyalar və viktorinalar təşkil olunur. Həmin tədbirlərdə mədəni ənənələrimizin qorunub saxlanmasına və zənginləşdirilməsinə səbəb olan əlamətlərdən bəhs edilir, nümunələr göstərilir. Kitabxanaçı Solmaz Məmmədova bu işdə təcrübəli müəllimlərin, kənd ağsaqqallarının, ağbirçəklərinin əməyindən istifadə edir və tövsiyələrindən bəhrələnir.
    Məlumdur ki, şagirdlərin dünyagörüşünün formalaşmasında məktəblə bərabər kitabxananın da fəaliyyəti, müsbət rolu vardır. Bu baxımdan hər bir məktəb kitabxanasının üzərinə böyük məsuliyyət düşür. Oxucunun –ələlxüsus şagirdlərin kitabxana ilə əlaqəsini yaratmaq, mütaliəyə maraq oyatmaq üçün kitabxananın hər yaş qrupuna uyğun bədii nəşrlərlə komplektləşdirilməsinə nail olmaq lazımdır. Axı, hər bir şagird sabahın intellektual səviyyəli vətəndaşıdır. Bu işdə hər bir kitabxanaçıya uğurlar diləyirəm.

    Elfuzə Vəliyeva

     

    Müəllif: Redaktor, 12:46

    Teqlər:

İsmarıclar bağlıdır.