Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy

    2224Müstəqil dövlətin rəmzlərindən biri də onun bayrağıdır. Üçrəngli ay-ulduzlu bayrağı.
    Bayrağımızın yaşı müstəqil Azərbaycanımızın yaşı ilə ölçülür. İlk dəfə 1918-ci il Xalq Cümhuriyyətinin bayrağı kimi qəbul edilib. Cəmi 18 ay dalğalanıb. 1920-ci ilin 28 aprel tarixində Azərbaycan Xalq Cümhuriyyəti ilhaq edilib. 70 il ərzində tabeliyində olduğumuz bir dövlətin rəmzlərinə hörmət etmək məcburiyyətində qaldıq. 1989-cu ildə isə üçrəngli bayrağımız yüz minlərlə insanların iştirak etdikləri meydan hərəkatında insanların əllərində görünməyə başladı. O zamanlar həmin bayraqları evlərdə analarımız tikib hazırlayırdılar.
    Əllərində üçrəngli bayraq, ürəklərində vətən eşqi, vətən məhəbbəti, dillərində azadlıq, istiqlal sözləri olan insanlar yaxşı bilirdilər ki, yenidən dövlətimiz, xalqımız öz müstəqilliyinə qovuşacaq.
    1990-cı ilin noyabrında Ümummilli Lider Heydər Əliyevin böyük fədakarlığı sayəsində üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il fevralın 5-dən etibarən müstəqil Azərbaycan Respublikasının Dövlət bayrağı kimi dalğalanmağa başlayıb.
    Hələ zamanında Əlibəy Hüseynzadə bayrağın 3 rəngini 3 ideyanın vəhdəti kimi xarakterizə edirdi: türkçü-lük, müasirlik, islamçılıq.
    Əzəməti ilə qürur duyduğumuz bayrağımız 2010-cu il tarixindən etibarən 162 metr hündürlüyü, 70 m uzunluğu, 35 m eni, 2450 kv/m sahəsi ilə dünyada birinci oldu. Bayraq Meydanı və Bayraq Muzeyi doğma Bakımızda görənləri heyran edir.
    “Biz Azərbaycan adlı bir dövlətin təməlini qoyuruq, qururuq, yaradırıq”–deyən dahinin, Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ruhu qarşısında bir daha baş əyirik ki, müstəqilliyimizi əbədi və dönməz etdi.
    Bayraqları bayraq yapan üstündəki qandır.
    Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!
    Şəhidlərimizin qanı da bayraq qədər, vətən qədər əzizdir. Məhz ona görədir ki, müqqəddəs amal uğrunda şəhidlik zirvəsinə ucalan hər bir vətən oğlu son mənzilə Azərbaycan bayrağına bükülərəkdən yola salınır.
    Bu ilin aprel ayında Silahlı Qüvvələrimizin apardığı uğurlu əməliyyatda işğaldan azad olan Lələtəpə yüksəkliyi və digər ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır.
    Əzəmətli, yenilməz bayrağım!
    Hələ Qarabağımız, Şuşamız, Laçınımız, digər torpaqlarımız sənin həsrətindədir. Tezliklə düşmənin bağrına ox sancılan təki sancıl Qarabağımıza! Oradan o qədər ucalarda vüqarla dalğalan ki, düşmən həsəd aparsın!
    Bayramın mübarək, vətən, ucalardan uca bayrağım!

    Səlimə Yusibova,
    Heydər Əliyev Mərkəzinin direktoru

    Müəllif: Redaktor, 14:25

    Teqlər:

İsmarıclar bağlıdır.