Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 08Noy

    1460360532_2180414789396113204612725_1000x669Bu yaxınlarda dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdik. Bu illər ərzində ölkəmiz yüksək iqtisadi inkişafa nail olub, uğurlu daxili və xarici siyasəti ilə dünyada layiqli yer tutub. BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi isə bir daha Azərbaycanın yüksək beynəlxalq siyasi imicinin təsdiqi oldu.
    Hazırda bütün dünyada hökm sürən böhran və inflyasiyaya baxmayaraq, ölkəmizdə müəyyən edilən uzunmüddətli proqramlar həyata keçirilməkdədir, xüsusən də qeyri-neft sektorunun inkişafı ilə bağlı bir sıra çox mühüm layihələr icra olunur. Lakin təəssüflə qeyd edilməlidir ki, Azərbaycanın müasir tarixinin uğurlarına hələ də davam edən Ermənistanın hərbi təcavüzü, Dağlıq Qarabağ problemi şəraitində nail olunur.
    Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları yolu ilə həlli istiqamətində atılan siyasi addımlar beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq sənəd və qərarlarına əsaslanır. Azərbaycanın tələbi beynəlxalq hüquq normaları çərçivəsində ölkəmizin torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsindən ibarətdir. Bu, Azərbaycanın qəti və dəyişməz mövqeyidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan heç vaxt–nə bu gün, nə on ildən sonra, nə də yüz ildən sonra əzəli torpağımız olan Dağlıq Qarabağı Azərbaycandan ayıra biləcək razılaşmalara getməyəcək. Azərbaycan öz tarixi torpağı olan, tarixən azərbaycanlıların yaşadığı Dağlıq Qarabağda erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcək. Bu, Azərbaycan dövlətinin prinsipial və dəyişməz mövqeyidir.
    Bu ilin aprel ayında yaşadığımız hadisələr bir daha göstərdi ki, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu bütün bölgədə gərginliyin yaranmasının əsas səbəbidir.
    Lakin bu hadisələr həmçinin onu da göstərdi ki, bugünkü Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Apreldə dörd gün ərzində düşməni əzən, hərbi baxımdan xeyli sayda strateji yüksəklikləri, ümumən isə 2 min hektara qədər işğal altında olan ərazilərimizi azad edən Azərbaycan Ordusu isə inkişaf edən Azərbaycanın real mənzərəsidir.
    Azərbaycanın Ermənistan qarşısında böyük hərbi üstünlüyü var və bu istiqamətdə işlər davam etdirilir.
    Məqsəd isə tezliklə torpaqlarımızı işğaldan azad etməkdir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 15:37

    Teqlər:

İsmarıclar bağlıdır.