Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Noy

    img-20160401-wa0015Tərtər rayonunda çox az adam tapılar ki, Aytac Süleymanzadəni tanımasın. Onun elə də çox yaşı yoxdur. Hələ 5 yaşı olarkən rayonun mötəbər tədbirlərində öz çıxışı ilə hamını riqqətə gətirmişdi, ürəklərdə özünə yer eləmişdi.
    Aytac qaçqınçılığı dərk etməyən vaxtında Xocalı faciəsinin qurbanı olmuş, hər iki valideynini itirmiş azyaşlı uşaqların rolunu ifa etmişdi. Kiçik qızcığazın Xocalı dəhşətini ürəkdən yaşaması, onu tamaşaçıya çatdırması onun özü ilə birgə doğulmuş istedadından irəli gəldi.
    Aytac kimdir?
    Aytac Süleymanzadənin bütün doğmaları – ata-anası, nənə-babası, əmisi, dayısı, xalası, bibisi öz doğma yurd-yuvalarına, gözəl İstisu kurortuna, gül-çiçəkli dağlarına, saf bulaqlarına həsrət qaldığı Kəlbəcər rayonundan qaçqına çevrilərək, Tərtərdə məskunlaşmış bir ailənin övladıdır. Bəlkə də onun bu istedadı doğma yurdun bir nişanəsidir. Ulu Tanrı tərəfindən töhfə verilib?!
    Hazırda o, Tərtər şəhər 1 saylı tam orta məktəbin 6-cı sinifində oxuyur, musiqi məktəbinin 4-cü sinfində for-tepianodan musiqi təhsili alır. Ən fəal şagirdlərdən biridir. Onun ifasında səslənən “Ana Kür” “Anam Azərbaycan” mahnıları xüsusi maraqla qarşılanır.
    Aytacın sorağı Azərbaycanın telekanallarına çatıb. O, ATV telekanalının “Bizimlə Sən” verilişinin qonağı olub, tamaşaçılara sevə-sevə oxuduğu mahnılarını təqdim edib, respublikanın tanınmış sənətkarlarından məsləhətlər alıb. Bu günlərdə ATV kanalındakı “Tanıdım səni” layihəsində iştirak edəcəkdir. Bu işdə xalası Rəfiqə müəllimin çox böyük əməyi vardır. Rəfiqə müəllimin dediklərindən:
    –Aytacın hələ 2 yaşı tamam deyildi. Azərbaycanın Dövlət himnini öyrətmişdim, onu oxuyurdu. Şeir və mahnıları tez qavrayıb ifa edirdi. Ondakı bu istedadı gördükdən sonra tədbirlərdə iştirakına köməklik göstərdim. Aytacın öz uşaq dünyası var. Dərslərinə daha çox fikir verir. Arzularından söz açanda deyir:
    –Mən gələcəkdə tanınmış bəstəkar olmaq arzusundayam. Arzuma çatmaq üçün dərslərimə ciddi çalışıram. Azərbaycanın tanınmış insanlarının həyat və yaradıcılığını öyrənirəm, musiqimizin incəliklərini mənimsəməyə səy göstərirəm. Qarşıda məni çoxlu imtahanlar və yarışmalar gözləyir.
    Doğru deyirsən, rayonumuzun şaqraq səsli bülbülü. Qarşıdakı sınaqlar səndən vətəninə, elinə savadlı və layiqli övlad olmağı tələb edir. Hələ kövrək addımlarını atdığın bu yolda sənə bol-bol uğurlar arzulayıram!

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 12:53

    Teqlər:

İsmarıclar bağlıdır.