Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Noy

    GƏLƏCƏYİNİZİ SAĞLAM DÜŞÜNÜN

    1477199708_481887Nikaha daxil olmaq istəyən şəxslər aşağıdakı xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər:
    1. Hemoqlobinopatiyalar: (böyük beta talassemiya, aralıq beta talassemiya, dre-panotalassemiya, oraqvari hüceyrəli anemiya)
    2.İİV/QİÇS
    3.Sifilis.
    Millətin bugünkü sağlamlığı fertil (18-49 yaş) yaşlı şəxslərin sağlamlığı ilə müəyyən edilir, lakin millətin gələcəyi uşaq və yeniyetmələrin sağlamlığı ilə müəyyən edilir. Çünki yeniyetmələr və gənclər millətimizin irsi fondunun təmsilidir. Uşaqlar və yeniyetmələr “Umid nəsli” hesab olunur. Uşaqların, yeniyetmələrin və anaların sağlamlığının və həyatının qorunması səhiyyənin prioritet problemidir.
    Azərbaycan dünyada talassemiyanın ən cox yayıldığı ölkələrdən biridir. Respublika əhalisinin hər 10-12 nəfərin-dən biri, təxminən 1mln. talassemiyanın daşıyıcısıdır və hər il 300 böyük talassemiyalı uşaq anadan olur. Talassemiya nəsildən-nəslə kecən irsi qan xəstəliyidir. Talassemiya termini “talassa”(dəniz),”haima” (qan) yunan sözündən əmələ gəlmişdir. Xəstəlik ilk dəfə Aralıq dənizi ətrafında aşkar olunub. Səbəbi xromosomlarda yerləşən Betaqlobin geninin nöqtəvi mutasiyasıdır. Talassemiyanın 2 forması movcuddur-Talassemiya daşıyıcılığı və talassemiya xəstəliyi.
    Talassemiya genini (əlamətlərini) yalnız bir valideyndən alan şəxs talassemiya daşıyıcısı olur. Talassemiya geninin daşıyıcıları praktik sağlam olurlar, lakin onlar bu patoloji geni öz uşaqlarına öturə bilərlər. Talassemiya daşıyıcılığından azad olmaq mümkün deyil və daşıyıcılarda heç vaxt böyuk talassemiya inkişaf edə bilməz. Sağlam şəxsin talas-semiya daşıyıcısı ilə ailə qurmasında əngəl yoxdur.
    Talassemiya genini hər iki valideyndən alan uşaqda talassemiya xəstəliyi (homoziqot talassemiya, böyük talassemiya) inkişaf edir. Bu erkən uşaqlıq dövrundə inkişaf edən cox ağır irsi qan xəstəliyidir.
    Əgər valideynin hər ikisi talassemiya daşıyıcılarıdırsa, hər hamiləlik vaxtı övladın
    sağlam doğulması şansı 25%, talassemiya daşıyıcısı olması riski 50%, böyük
    talassemiyalı xəstə olmaq riski 25%-dir. Talassemiya geninin daşıyıcılığı Azərbaycanda geniş yayıldığından nikah qurulan zaman belə daşıyıcıların bir-birinə rast gəlmə ehtimalı cox böyükdür. Yaxın qohumlarda eyni qüsurlu genin olma riski
    12,5% təşkil edir. İki daşıycının evlənməsi zamanı hamiləliyin 11-ci həftəsində
    xəstəlik müəyyən edilir. Əgər körpə xəstədirsə, ana və atanın razılığı ilə hamiləlik
    dayandırılır və döl götürülür. Ən effektli vasitə xəstə uşağın doğulmasının qarşısını almaqdır.
    Azərbaycanda talassemiya ən çox Lənkəran, Qəbələ, Oğuz, Şəki, Göyçay, Ağdaş, Ağsu, Kürdəmir rayonlarında yayılıb.
    Talassemiya xəstəliyinin ciddiliyini nəzərə alaraq 2005-ci ildə ölkəmizin 1-ci xanımı, Heydar Əliyev Fondunun Prezidenti ,YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva Azərbaycanda “Talassemiyasız həyat naminə” proqramı lahiyəsinin başlanmasını elan etmişdir. Bu proqram çərcivəsində Bakı şəhərində muasir tələblərə tam cavab verən Talassemiya Mərkəzi fəaliyyətə başlamışdır.
    “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər ücün Dovlət Proqramı” nın icrası üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Fəaliyyət planı təsdiq etmişdir.
    İİV-İnsanın immunçatışmazlığı virusu. QİÇS-Qazanılmış ümmunçatışmazlıq sindromuimmun sisteminin ağır zədə-lənməsi ilə səciyyələnən İİV-in son mərhələsidir.
    İİV-infeksiyası pandemiya şəklində dünyada yayılmaqda davam edir. Dünyada İİV-/QİÇS-lə yaşayan insanların sayı 33,3 min nəfərdən çoxdur. Xəstəliyin hazırda letallıq (ölüm) göstəricisi 100%-dir. Azərbaycanda İİV-infeksiyası ilə yoluxma digər olkələrlə müqayisədə aşağıdır və bu problem daim Səhiyyə Nazirliyinin nəzarətindədir. İİV infeksiyasına yoluxma daha çox narkotik istifadəciləri arasında geniş yayılıb.
    Yoluxma üçün kifayət miqdarda İİV orqanizmin 4 mayesində olur: qan, sperma, va-ginal ifrazat, ana südü.
    İİV insan orqanizmində uzun illər heç bir əlaməti büruzə vermədən daşına bilər. Yoluxma anından xəstəliyin əlamətlərinin özünü göstərməsinə qədər 8-15 il keçə bilər. Xəstəliyin bütün mərhələlərində virus daşıyıcıları başqa insanları yoluxdura bilər. Buna gorə də İİV infeksiyasının erkən aşkar olunması insanın vaxtında müalicə olmasına və ətrafdakıların yoluxmadan qorunmasına zəmin yaradır.
    Sifilis-yoluxma yolları: cinsi əlaqənin bütün növləri, qan vasitələri, çirkli iynələr və şprislər vasitəsilə, vertikal (transplasentar) yollaanadan uşağa hamiləlik və doğuş zamanı, məişət yolu.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən oktyabr 2014-cu il tarixində “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında Qanun“ və 15 dekabr 2015-ci ildə bu qanunun tətbiqi barədə müvafiq Fərman imzalanmışdır. Fərmana əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsi ilə bağlı tələb 2015-ci il iyunun 1-dən qüvvəyə minib.
    Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azər-baycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən muəyyən edilmiş tibb müəssisəsində həyata keçirilir. Tibbi müayi-nədən sonra nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsinə uyğun olaraq tibbi–genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması üzrə məsləhətlər verilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi muayinəsinin nəticələri həkim sirridir.
    Nikahqabağı tibbi müayinələrin aparılması üçün Tərtər rayon poliklinikasında hematoloji kabinet təşkil edilmişdir. Həmin kabinet tam avtomat hematoloji analizator XP-300 SYSMEX-lə (Yaponiya) təmin edilmişdir. Nikahqabağı tibbi müayinələrin təkmilləşdirilməsi məqsədi ilə kompüter, printer, barkod printer və sürətli internetlə təmin olunmuş kabinet fəaliyyət göstərir. Həmin kabinetdə bu sahə üzrə kursdan keçmiş və seminarlarda iştirak etmiş təcrübəli həkim fəaliyyət gostərir. 01.06.2015-ci il tarixdən 31.10.2016-cı il tarixədək 624 cütlükdən qan nümunəsi götürülüb ürnumi müayinəsi icra edildikdən sonra Bakı şəhərinə, B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutuna həftənin I və IV günləri göndərilib. Bunlardan 34 nəfərində talassemiya daşıyıcılığı, 4 nəfərdə patoloji hemoqlobin C, 1 nəfərdə patoloji hemoqlobin D aşkarlanmışdır.
    Sevindirici haldır ki, eyni cütlükdə talassemiya daşıyıcılığı olmamışdır, İİV/-QİÇS və sifilis aşkarlanmayıb.
    Dünyaya xəstə övlad gətirmək istəmirsinizsə, ailə həyatı qurmamışdan öncə mütləq həkim müayinəsindən keçin. Öv-ladlarınız sizin gələcəyinizdir, gələcəyinizi sağlam düşünün.
    P.S. Qeyd: 1 noyabr 2016-cı il tarixdə Rusiyanın Yekaterinburq şəhərində İİV epidemiyası rəsmi elan olunub. Məlumata əsasən şəhərin hər 50-ci sakini bu virusa yoluxub.

    Bəkir Nağıyev,
    Mərkəzi xəstəxananın terapevti

    Müəllif: Redaktor, 13:06

    Teqlər:

İsmarıclar bağlıdır.