Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 18Noy

    DANIŞA BİLMƏDİM…

    mektubHörmətli Elçin müəllim!
    letter_loveSiz Tərtərdə olarkən keçirdiyiniz tədbirdə cəmi iki kəlmə söz dediyimə görə peşimançılıq hissi məndən əl çəkmir. Qarabağ mövzusu ola, Qarabağda yaşayan jurnalist ola və danışmaya. Ancaq qorxdum ki, kövrələrəm, belə bir tədbirdə isə kövrəlmək istəmədim.
    Özünüz də bilirsiniz ki, ötən əsrin 80-ci illərinin sonundan biz bu odun-alovun içərisindəyik. 1993-cü ilin ilaxır gecəsi idi. Elə bil təbiət tərtərlilərin könlünü almaq üçün baharı vaxtından bir az da əvvəl gətirmişdi. Hər yan elə gözəl idi ki, belə bir vaxtda insan müharibənin dəhşətləri haqqında düşünmək istəmirdi. Amma müharibə gedirdi və bu, reallıq idi. Ona görə də biz Novruz bayramını nə qədər sevsək də, tək-tük adamlar həyətlərində tonqal qalamışdılar. Bayram aşı süfrələrə gəlməmiş, ermənilər şəhərimizi “Qrad” qurğularından atəşə tutdular. Səhəri necə açdığımızı bilmədik. Işə gələndə, redaksiyamızın binasını da, şəhərdəki bir çox evləri də darmadağın edilmiş gördük. Ölənlər də vardı.
    Çox təəssüf edirəm ki, o zaman redaksiyamızın arxivi də dağıldı. Mən onda məsul katib idim. Mos-kva televiziyası “Vremya” verilişində dağılmış iş otağımı, yanmış qəzet qovluqlarını göstərmişdi.
    Bir dəfə isə mərmi həyətimizə düşdü. Iki kiçikyaşlı qızımla evdəydik. Ayaqqabılarımızı geyinməyə macal tapmadıq. Ayaqyalın həyətdən çıxıb Tərtər çayı üzərindəki körpüyə tərəf qaçmağa başladıq. O zaman ordumuz indiki ki-mi güclü deyildi, ona görə də bizi qoruyan oğullar nə qədər vətənpərvər olsalar da, Xocalı hadisəsindən sonra hamı məhz mühasirədən qorxurdu. Onu da deyim ki, Tərtər də indiki Tərtər deyildi. Körpüdə yüzlərlə çala-çuxur vardı və uşaqların çaya yıxılmaması üçün onların əlindən bərk-bərk yapışmışdım. Həmin gün ermənilər peşə məktəbinin binasını da atəşə tutmuşdular (orada Kəlbəcərdən yenicə gələn insanlar məskunlaşmışdılar). Bu qaçqınlar da çox pis vəziyyətdəydilər.
    Demək istəyirəm ki, yaşadığımız bütün faciələrə baxmayaraq, biz Tərtəri tərk etmədik, rayon qəzeti də (o zaman “Tərtər”) müntəzəm çıxırdı. Biz hərbi hissələrdə olurduq, şəhidlərdən, yaralılardan yazırdıq, şəhid analarına təsəlli verirdik.
    Aprel hadisələrini də yaşadıq. Bu hadisələr tamamıilə fərqli idi. Artıq orduya böyük güvənimiz vardı. Ona görə də top, atəş səsləri nə qədər xoşagəlməz olsa da, bunlar qəlbimizdə ümid, inam qığılcımlarını alovlandırırdı.
    Bu gün yenə də Tərtərdə atəş səsləri eşidilir. Bir zaman övladlarımın, indi isə nəvələrimin gözlərində həyəcan görürəm. Mən bu müharibənin başa çatmasını istəyirəm. Inanıram ki, belə də olacaq! Nəvələrimin əlindən tutub Qarabağa gedəcəyəm. Bütün bunlar haqqında mən o tədbirdə danışa bilmədim.

    Svetlana Bağırova,
    baş redaktorun müavini

    Müəllif: Redaktor, 14:16

    Teqlər:

İsmarıclar bağlıdır.