Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28Noy

    dsc_0043-%d0%ba%d0%be%d0%bf%d0%b8%d1%80%d0%be%d0%b2%d0%b0%d1%82%d1%8c2yapTərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
    Öncə tədbir iştirakçıları rayonun Mərkəzi Meydanında Ulu Öndərin abidəsi önünə tər gül
    dəstələri qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər.
    Tədbiri giriş sözü ilə açan YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov Yeni Azərbaycan Partiyasının respublikanın aparıcı siyasi qüvvəsi olduğunu qeyd edib, onun yaradılmasını isə tarixi zərurətdən doğmuş böyük tarixi hadisə kimi dəyərləndirib. Ramiz.Şabanov olduqca çətin bir şəraitdə yaranmış partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşmasının, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsinin Heydər Əliyev fenomeninin, dühasının misilsiz qüdrətindən xəbər verdiyini diqqətə çatdırıb.
    Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yeni Azərbaycan Partiyasının böyük çətinliklərə sinə gərərək, həyata keçirdiyi uğurlu siyasətlə xalqın partiyası imicini qazanaraq, öz adında böyük bir mənanı, məqsədi birləşdirdiyini söyləyib.
    Tədbirdə çıxış edənlər–YAP rayon təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, gənclər və idman idarəsinin rəisi Emin Pənahov, uşaq xəstəxanasında tibb bacısı Çinarə Əzizbəyli partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələrin reallaşdırması, gənclərin dövlətçilik və milli maraqlar ətrafında sıx birləşdirməsi, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyanın lider dövlətinə çevrildiyi haqqında danışıblar.
    Tədbirin yekununda rayonun ictimai-siyasi həyatında göstərdikləri xidmətlərinə görə fərqlənmiş şəxslərə YAP rayon təşkilatı tərəfindən Fəxri Fərmanlar və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiyanın vəsiqələri təqdim edilib.

    Müəllif: Redaktor, 14:35

    Teqlər:

İsmarıclar bağlıdır.