Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Dek

    CƏSUR DÖYÜŞÇÜNÜN ƏLİL GÜNLƏRİ

    %d0%bd%d0%be%d0%b2%d1%8b%d0%b97-1Bölgəmizin sakinləri erməni faşizminin törətdiyi cinayətlərdən həmişə əziyyət çəkiblər. Gah yurd həsrəti, gah doğmaların itkisi, gah da döyüşlər zamanı aldıqları yaralar insanlarımızın ağrı-dərd yerinə çevrilib. Bəzi soydaşlarımız cəbhədəki müsbət dəyişiklikdən, uğurdan təsəlli-təskinlik tapır. Bəziləri isə hələ də həsrət içində qalıblar. Doğrudur, bu insanlara dövlət və rayon rəhbərliyi tərəfindən qayğı, diqqət göstərilir. Lakin vurulan zərbənin ağırlığı və ağrısından bunlarla kifayətlənmək mümkünsüz olur. Ona görə də belə dərdli insanlarımız ümidə bel bağlayaraq, inamla sonu və nəticəni gözləyirlər.
    Belə insanlardan biri–1963-cü ilin iyul ayının 19-da Dəmirçilər kəndində doğulmuş Sultanov İnqilab Həmid oğludur. Çox sadə bir ömür yolu var onun. Hələ o zamanlar ermənilərin aranı qatdığı vaxtlarda kəndin başqa sakinləri kimi o da narahat olurdu. Fikirləşirdi: “Axı erməniyə təslim olmaq bizlərə yaraşmaz” Ata-babalarımız xəyanətkar ermənini heç zaman bağışlamayıb. Kəndin cavanları söz birliyi yaradaraq 32 nəfəri bir yerə topladılar. Beləliklə kəndin düşməndən qorunması üçün özünümüdafiə dəstəsi yaradıldı. İnqilab da həmin dəstənin tərkibində oldu. O vaxt 47 saylı SMD-nin nəzdində olan SMD 58 adlanan tikinti təşkilatında çalışırdı. Gənc ailəsi vardı. Bir müddətdən sonra, 1992-ci ilin may ayının 2-də 703 saylı hərbi hissəyə daxil oldu.
    Artıq torpaqların müdafiəsi uğrunda mübarizə kütləvi xarakter daşıyırdı. Hər kəs üzərinə düşən işin məsuliyyətini dərk edirdi. Tərtər bölgəsindən bir qarış torpağımıza belə erməni mənfurlarının ayağı dəymədi. Oğullarımız canlarından keçdilər şəhid oldular, yaralandılar.
    1992-ci il iyunun 9-da “Torpaqtəpə” uğrunda gedən döyüşlərdə İnqilab ağır yaralandı. İki aydan artıq xəstəxanalarda müalicə götürdü, 2 qabırğası çıxarılmışdı, ona görə də sağlamlığı tam bərpa olunmadı. Hələ də yarası onu incidir, hələ də həkim nəzarətindədir, hələ də iynə, dərmana möhtacdır. 2-ci qrup Qarabağ əlilidir. Söhbət zamanı dəfələrlə ölüm vəziyyətinə düşdüyünü söylədi, iş qabiliyyətini itirdiyini dedi:
    –Döyüşlər zamanı nümunəvi əsgərlərdən olmuşam. Fərqləndiyimə görə baş çavuş rütbəsi verilib.
    Üç övladım, həyat yoldaşım mənə görə çox əziyyət çəkirlər. Müalicəmin davamlı olması üçün neçə il Bakı şəhərində kirayə də yaşamışıq. Elə hazırda da kirayədə yaşayırıq.
    Doğrudur, dövlət biz əlillərə daim diqqət və qayğı göstərir. Tərtər rayonunda ilk “OKA” avtomobili verilənlərdən biri mən olmuşam. Müalicəmə dəfələrlə köməkliklər göstərilib. Bütün bunlarla bərabər əmək qabiliyyətli olmadığım üçün ən çox müalicəmə maddi ehtiyacım var. Hər ay dava-dərmanıma yüzlərlə manat sərf olunur. Bütün bu əzablara baxmayaraq, aprel hadisələri mənim həyat sevgimi daha da artırdı. Düşündüm ki, mən Qarabağ savaşında əlil olmuşam. Əgər torpaqlarımızın müəyyən bir hissəsi düşmən tapdağından xilas olunubsa, deməli, yaralarımız sağalmaq üzrədir. Axı, Ordumuz indi mən gördüyümdən dəfələrlə güclüdür. Müasir texnika ilə silahlanmış bir ordudur. Vahid komandanlıq altında fəaliyyət göstərən mükəmməl silahlı qüvvələrimiz var. Vətənin daim ruh yüksəkliyi ilə mübarizə aparmağı bacaran vətəndaşları var…
    İnqilab aramla danışırdı. Lakin, çəkdiyi əziyyəti görkəmindən aydın duymaq olurdu. Bizim isə bu cür yaralı insanlara səbr və təsəlli diləməyimiz qalır.
    Qarabağ uğrunda xoşbəxt həyatlarını qurban verən, sağlamlıqlarından keçərək ömürlük əlil arabalarına, iynə-dərmana məhkum olmuş əlillərimiz, Allah özü dərdlərinizə əlac versin, Amin!

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 15:18

    Teqlər:

İsmarıclar bağlıdır.