Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Dek

    BİZİM ELİN DAŞQINI

    010Şeir dünyasında silinməz izləri olan, elimizin şair oğlu Məzahir Həmzə oğlu Axundov 1906-cı ildə Tərtərimizin Borsunlu kəndində anadan olmuşdur. Şifahi xalq ədəbiyyatından qidalanan Məzahir Aşıq Ələsgəri və Molla Pənah Vaqifi də çox mükəmməl öyrənmişdir. Səməd Vurğunla həmyaşıd olan Daşqın onun istedadına heyrət etmiş, xalq şairi ilə dəfələrlə görüşmüşdü. Məzahirin ailəsi 1937-ci ilin repressiyası zaman Qazaxıstana sürgün edilmişdi. Sürgündən qaçaraq, az qala dünyanı dolaşan Məzahir gənclik illərindən lirik, məhəbbət şeirləri yazmış, Daşqın təxəllüsü ilə qürbətdə külliyat yaratmışdır. Böyük Vətən Müharibəsi dövründə şairin cəbhə yolu Təbrizdən keçib.
    Təbriz əhli onun istedadına heyran qalır. Krımın müdafiəsində əsir düşür, əsirlikdə də qələmini yerə qoymur. Şair əsir düşərgəsindən də qaçaraq yad ölkələrə üz tutur. Yad ölkələrdə həsrət dolu şeirlər yaradır. Borsunludan bizim kəndə gələn bacısı Şövkətə dönə-dönə yazdığı həsrət məktublarındakı şeirləri mən də oxuyurdum.
    Nəhayət, 1956-cı ildə Məzahir Daşqın Vətənə dönür. İlk gəlişində Səməd Vurğunun məzarını ziyarət edir. Anasının, kəndinin görüşündən sonra Gəncə folklor evində işləməyə başlayır.
    Gəncədə S.Paşayevin, B.Bağırzadənin köməkliyi ilə xeyli şeirlərini toplaya bilir. 1980-ci ildə Tərtərimizin şair oğlu Məzahir Daşqın vəfat edir. 1996-cı ildə qədirbilən tərtərlilər şairə abidə qoydular.
    Bütün rayon əhalisi, gəncəlilər, şairin qohumları, o cümlədən oğlu, bacıları abidənin açılışında iştirak edirdilər.

    Qoca Tərtər, gözün aydın,
    Şair oğlun elə gəldi.
    Məhəbbətlə coşub daşan
    Şeyda bülbül gülə gəldi.
    Nübar Mədətli

    Müəllif: Redaktor, 15:23

    Teqlər:

İsmarıclar bağlıdır.