Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Dek

    QƏHRƏMANLIQ SALNAMƏSİ

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-142004400Nankor qonşularımız olan ermənilər tarix boyu dəfələrlə xalqımıza qarşı soyqırım törətmişlər. Ötən əsrin sonlarından isə davam edən Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bugünədək öz həllini tapmayıb. Cari ilin aprel ayında baş verən döyüşlər münaqişənin dönüş nöqtəsi oldu.
    Hadisələrin əvvəlində növbəti erməni təxribatı dayanırdı. Dönüşü isə Azərbaycan Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri yaratdı. Ordumuzun həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmən öz mövqelərini, silah və sursatlarını ataraq qaçmağa məcbur oldu. Erməni hücumlarının qarşısının alınması və əkshəmlə əməliyyatları zamanı Azərbaycan Silahlı Quvvələri Ağdərə, Füzuli və Cəbrayıl rayonlarında vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad etdi. Silahlı Qüvvələrimiz tərəfindən 2000 hektardan artıq ərazi ermənilərdən təmizləndi. İşğaldan azad olunmuş torpaqlarda, o çümlədən Lələtəpə yüksəkliyində indi Azərbaycan bayrağı dalğalanır.
    Aprel ayında baş vermiş dördgünlük müharibə xalqımızın tarixinə bir qəhrəmanlıq salnaməsi olaraq yazıldı. Çünki həmin günlərdə silaha sarılan və ana Vətəni göz bəbəyi kimi qoruyan vətən oğulları, bir daha qəsbkar ermənilərə layiqli cavab verdilər, onlara öz yerlərini göstərdilər. Müharibənin od-alovu içərisindən keçən igidlərimiz bu yolda şəhid oldular. Onlar ölümləri ilə ən yüksək məqama–şəhidlik zirvəsinə ucaldılar.
    Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılması, erməni işğalçılarının 2016-ci il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlığa və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fəqlənən bir qrupu 2016-ci il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada layiq görüldülər, orden və medallarla təltif olundular.
    Vətən qarşısındakı xidmətlərinə görə təltif edilənlər arasında “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına, “Azərbaycan Bayrağı” və “Vətənə xidmətə görə” ordenlərinə, “Vətən uğrunda”, “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallarına layiq görülənlər oldu.
    Aprelin 1-6-da cəbhə xəttində baş verən toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu həlak olub. Həlak olanlardan 48 nəfəri əsgər, 12-si müddətdən artıq hərbi xidmət qulluqçusu, 12-i gizir, 22 nəfəri isə zabitdir.
    Polkovnik Yusifov Vüqar Nurəddin oğlu Şəmkir rayonunun Şiştəpə kəndində anadan olmuşdur. 40 yaşında polkovnik rütbəsinə qədər yüksələn hərbçinin döyüş yolu cəbhənin Füzuli, Tərtər, Ağdam istiqamətlərindən keçib. Onun nümayiş etdirdiyi döyüş taktikası çox zaman düşməni çaş-baş salırdı.
    Polkovnik-leytenat Mirzəyev Murad Telman oğlu 1976-cı ildə Sabirabad rayonunun Muğan-gəncəli kəndində anadan olmuşdur. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirmişdir. 2016-cı il aprelin 2-də gecə düşmən təxribatlarının qarşısını alarkən, qəhrəmancasına şəhid olub. Şəhid polkovnik-leytenant Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunub. Göstərdiyi qəhrəmanlığa görə ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb .
    Polkovnik-leytenant Orucov Raquf Cahangir oğlu 1972-ci ildə Ağdam rayonunda anadan olub. Aprelin 2-dən 5-dək qoşunların təmas xəttində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Kəşfiyyatçı idi. Ən böyük arzusu Ağdamın işğaldan azad olunmasıydı. Raquf Orucov Sumqayıtın Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
    Mayor Məmmədov Rasim Əbdul oğlu tankçı idi, cəmi 40 yaşı vardı. Aprel hadisələri zamanı şəhid oldu. Mayor Əliyev Elnur Adil oğlu Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olub.
    Mayor Musazadə Təbriz Tariyel oğlu Təyyarəçilik Məktəbini bitirmişdi. Çox cəsur hərbçi idi. O, 35 yaşında ikən Mİ-24 helikopterində qəhrəmancasına həlak oldu.
    Mayor Urfan Vəlizadə, mayor Samid İmanov, kapitan Mühid Orucov, kapitan Vaqif Bayramov, kapitan İn-qilab Quliyev, kapitan Nəcməddin Savalanov, serjant Nicat İsgəndərov və başqaları… Şəhidlər ölməz, vətən bölünməz. Onların adı əbədi yaşayacaqdır.
    Ermənilərin artilleriya qurğularından açdıqları atəş nəticəsində ən çox əziyyət çəkən, eyni zamanda düşmən qarşısında mərdliklə dayanan, bir an belə quruculuq, abadlıq işlərinin sürətini azaltmayan rayonlardan biri də Tərtər olmuşdur. Azərbaycanda, eləcə də xarici ölkələrdə Tərtəri Qəhrəman şəhər kimi tanıyırlar. I Qarabağ müharibəsi zamanı bu rayon nəinki ermənilərə bir qarış belə topaq verməyib, hətta ermənilərin vaxtilə çox rahat yaşadıqları kəndləri azad edib (hazırda bu kəndlər də Tərtərin tərkibindədir).
    Aprel döyüşləri zamanı erməni silahlı qüvvələri tərəfindən Tərtərin yaşayış məntəqələrinə atılan mərmilər nəticəsində 256 yaşayış evinə, 4 məktəb binasına, 2 tibb məntəqəsinə, 1 uşaq bağçasına, qaz, su, elektrik təsərrüfatına ciddi ziyan dəymiş, 3 nəfər mülki vətəndaş həlak olmuşdur. Onlardan biri hələ 16 yaşına çatmamış Tunarə Həsənli idi. Ermənilər ra-yonun Əksipara kəndinə qadağan olunmuş fosforlu mərmi atmışlar ki, bunun da nəticəsində əkin sahələri istifadəsiz hala düşmüşdür. Beləliklə də düşmən 1946-cü ildə imzalanmış “Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair” Cenevrə Konvensiyasının tələblərini kobudcasına pozmuşlar.
    Aprel hadisələrindən dərhal sonra Prezident İlham Əliyev xanımı ilə birlikdə Tərtər rayonuna səfər etmiş, dağılmış evlərin sakinləri ilə görüşmüş və onlara dəymiş ziyanın aradan qaldırılması üçün Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayırmışdır. Hazırda həmin evlər bərpa edilib.
    Aprel hadisələri Azərbaycan Ordusunun gücü ilə yanaşı xalqla ordunun birliyini, xalqın öz Prezidenti ətrafında sıx birləşdiyini bütün dünyaya nümayiş etdirdi. Cəbhə bölgəsində olan çoxsaylı yerli və xarici qonaqlar bizim haqq işi uğrunda mübarizə apardığımızın şahidi oldular. Haqq işi isə mütləq qalib gələcək.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Aygün Nəzərəliyeva,
    AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun doktorantı

    Müəllif: Redaktor, 15:27

    Teqlər:

İsmarıclar bağlıdır.