Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Dek

    maxresdefaultƏsrin əvvəllərində Azərbaycanın Zəngəzur vilayətində üç Sultanbəy nəsli böyük fəaliyyətdə idi. Onların əllərində Qafan mis mədənləri, Bərkuşad çay axarı inkişaf etmiş kənd təsərrüfatı, Çalbayır maldarlıq mülkləri cəmləşmişdi. Ulu Sultanbəylər nəslindən bu günlərə möhtəşəmkhosrov_bey_sultanov qalalar, böyük körpülər, geniş meşələr qalmaqdadır.
    İndiki Laçın rayonunun Kurdhacı kəndində yaşayan Sultanbəy maldarlıq sahəsində xüsusi ad çıxarmışdı . Onun Çalbayır yaylaqlarında on minlərlə davarı, qara malı saxlanılırdı, Sultanbəyin Kürdhacıda tikdirdiyi yağ-pendir zavodu nəhəng qurğular sistemini xatırladırdı. Süd yaylaqlardan zavoda dağların döşü ilə saxsı borularla axıdılırdı. Yağ və pendirin zavod üsulu ilə keyfiyyətli istehsal edilməsi xəbəri Şərq və Avropa ölkələrində də yayılmışdı.
    Haçısamlı, Şəlvə, Kurdhaçı meşələrinin qırmızı palıdını konyak istehsal edən zavodlara daşıtdıran Fransa tacirləri Sultanbəyin yağ-pendir zavodunun məhsullarının da böyük müştəriləri idilər. Bu vaxt Kurdhacı Qafqazda Rus ordusunun yağ-pendir anbarına çevrilmişdi .
    İstehsal olunmuş yağ-pendir böyük motallarda, dəmir ağaç çəlləklərdə buzlu zirzəmilərdə, soyuq kahalarda saxlanılırdı. Məhsulları uzaq yerlərə daşımaq üçün bəyliyin xeyli at, öküz, kəl arabaları və dəvə karvanları vardı.
    Dinc əməklə məşğul olan Sultanbəy ailəsi öz mülkünü mühafizə etmək üçün çox da böyük olmayan silahlı süvari dəstə də saxlayırdı.
    * * *
    sultan-beyTürk ordusunun hərbi sirlərini ingilis kəşfiyyatına satmaq üstündə qulağı kəsildikdən sonra İrəvana qaçıb gəlmiş Andranik Uzunyan davakar erməniləri başına toplayıb silahsız Azərbaycan kəndlərinə tez-tez basqınlar edərdi. Onun əsgərlərinin törətdiyi vəhşiliklər haqqında Zəngəzura da bəd xəbərlər gəlib çatırdı. Onlar azərbaycanlıların uşaqlarını tonqallarda yandırır, boylu qadınların qarnına xənçər soxub öldürür, ağıllı adamların başına mismar çalır, kürəyinə qaynar samovar bağlayır, qız və qadınların üzünə süngü və xəncərlə xaç nişanı çəkir, cavanların ayağını nallayırdılar.
    Bu minvalla Andranik onlarca Azərbaycan kəndini viran qoydu, əhalisini ağır işgəncələrlə məhv elədi. O, Azərbaycan kəndlərindən quldurluq və qarət yolu ilə yığdığı vəsaitlə silahlı dəstələr düzəldərək Qarabağdakı quldur daşnak dəstələri ilə birləşmək uçun indiki Laçın rayonunun Zabıx kəndinə gəlir. Abdallar kəndindən keçmək üçün Sultanbəydən yol istəyir. Elçiləri vasitəsi ilə Sultanbəyə çatdırır ki, hərgah Şuşaya qədər təhlükəsizliyimi təmin edə bilsə, ona istədiyi qədər qızıl verərəm. Sultanbəy cavabında bildirir ki, hələ bu elin igidləri qeyrətlərini pula satmayıblar.
    * * *
    Xalqı yaranmış vəziyyətdən çıxarmaq üçün ciddi tədbirlər tökə bilən iti zəkaya ehtiyac var idi.
    Sultanbəy Şuva quberniyasında işləyən çox agıllı, müdrik qardaşı general Xosrovbəylə təcili məsləhətləşdikdən sonra Andranikə bildirir ki, onun Şuşa yürüşünün təhlükəsizliyini təmin etmək üçün bir qədər silah lazımdır.
    Bu vaxt daşnak ordusu Amerika çörəyi yeyirdi. Təkçə 1920-ci ilin iyulunda ABŞ Ermənistana 50 min əsgər üçün ərzaq, silah və hərbi sursat göndərmişdi .
    ABŞ – ın daşnaklarla belə yaxınlıq etmələri İngiltərəyə, Fransaya, İtaliyaya və digər imperialist hökumətlərə yaxın Şərqdə, Zaqafqaziyada və Ermənistanda ərazi zəbt etməyə mane olmurdu. Lloyd-Corç hökuməti daşnak ordusunun döyüş qabiliyyətini yuksəltmək qayğısına qalaraq, 1920-ci ildə ona 40 min əsgər üçün silah və paltar göndərmişdi, Fransa isə 10 min tüfəng və 10 milyon patron vermişdi.
    1.Nəzər Heydərov, «Zəngəzur dağlarında». Səh.115.
    Andranik Sultanbəyə 20 qatır yükü silah verdi. Sultanbəy Andranikdən aldığı silahlarla özünün suvari dəstələrini silahlandırıb Qaladərəsindən Şuşaya gedən yolda, Yeddiqatın ayağında nal şəkilli pusqu yaratdı və Andranikə xəbər göndərdi ki, yolda şübhə doğurmamaq üçün topları sökdur, qatırlara yüklətdir və mənim sifarişimi gözlə, xəbər verəndə, axşam qaranlığının birində gəlib keçərsiniz. Andranik topları sökdürüb Sultanbəyin sifarişini alan kimi, 170 qatır yüklu karvanı Şuşa qalasına tərəf yola saldı, özu isə sübh çağı ordu ilə getmək qərarına gəldi.
    Eyni zamanda həmin gecə Sultanbəy bir neçə atlıya neft dolu tuluqlar verib Andranikin keçib gəldiyi yollardakı erməni kəndlərinə – Dığa, Xınzırəyə, Gorusa, Sisyana göndərib tapşırır ki, kəndlərdə bir neçə evin yanına nefti töküb od vursunlar .
    Andranikin silahlı dəstəsi gecə yeddiqata çatan kimi Sultanbəyin pusquda dayanmış suvariləri ildırım surətilə meşədən çıxıb qatırların yönünü Kürdhacı kəndinə döndərdilər. Artıq kəsərli silahlar Andranikin ordusunun əlindən çıxmışdı. Amma Andranikin xəbəri yox idi. Digər tərəfdən arxa kəndlərdən Andranikin yanına adamlar gəlib bildirdilər ki, türklər arxadan hücuma keçib kəndləri yandırırlar, qayıt onlarla heçablaş, sonra Qarabağa gedərsən. Silahsız qaldığına baxmayaraq Andranik geri dönüb Zabıx kəndinin yaxınlığındakı dərin dərədən Dığ kəndinə keçmək istəyərkən Sultanbəyin dəstəsi daşnakları mühasirəyə aldı və bir həftəyə yaxın mühasirədə saxlayıb darmadağın etdi.
    Tarixdə daşnaklara ibrət dərsi olsun deyə, Sultanbəy quldur ordusunun başçılarının leşlərini quzğunlara, başlarını Hacısamlı meşəsində saxlatdırdığı şirlərə yedirtdi. Yeri gəlmişkən Sultan bəy Leninqradda mükəmməl hərbi təhsil almışdı. Onun, «Güllə ətdən keçib, ətdə soyumalıdır», «Üçbucaq», «Nal şəkilli mühasirə», «Dağ əməliyyatı» kimi hərbi taktiki nəzəriyyələri daşnakları Zəngəzurdan qovmaqda böyük əhəmiyyət kəsb etmişdir.
    Andranikin böyük ordusunun Zabıx kurqanında məhv edilməsi Zəngəzur kəndlərində ruh yüksəkliyinə səbəb oldu. Adamlar Sultanbəyin dəstəsinə qoşulmağa başladılar.
    Sultanbəy Zəngəzurda yerləşmiş daşnak ordularını təmizləmək məqsədilə öz dəstələrinə üç istiqamətdə hərəkət etməyə göstəriş verdi. Can-qurtaran dağının ətəyində ciddi təlim keçmiş 700 atlı Minkənd alayı, Qara Göl, Üç təpə, Burun kənd, Gorus istiqamətində hərəkət edib arxadan Xınzırək kəndinə dolmuş daşnaklara güclü zərbə endirməli, hərəmi düzündə İrana qaçan daşnak qruplarını mühasirədə saxlayan Güləbirdli Aslanbəyin və Məzməzək igidlərinin köməyinə çatmalı idi: Zabıx Kurqanında qələbə qazanmış dəstələr Dığ, Xınzırək istiqamətində sürətlə irəliləyib Hərəmi düzünə köməyə gələn İldırımbəy nəslinin dəstələrinə qoşulmalı idi; Daşnakların Zəngəzurdan qovulmasında İldırımbəy nəslinin igidlərindən Şəmilbəy xüsusi fəaliyyət göstərirdi. O, Malxələf, Fərəcan istiqamətində hərəkət edib Əlyanlı meşəsinə Goran tərəfdən soxulmuş Qarabağ daşnak qruplarına qarşı vuruşan Kişi Tavatın, Ovçu Sultanın, Pələng Rəsulun dəstələrinə kömək edib meşəni daşnaklardan təmizləməli idi.
    Strateji əhəmiyyəti olan dağ yollarını vaxtında tutan Sultanbəyin dəstələri hər üç istiqamətdə daşnak qrup-larına güclü zərbələr endirərək onları Araz çökəkliyinə qova bildi.
    * * *
    Sultanbəyin qəfil zərbələrinə tab gətirməyib İrana qaçmaq istəyən silahlı daşnak dəstələri Araz sahilindəki qalın qamışlığa dolmuşdular.
    Gecələr fürsət tapdıqda Araza tökülüb o taya adlayırdılır. Sahil əməliyyatında Həkərli və Bərguşad çaylarının vadilərində olan kəndlərin camaatı və Zilanlı Kurdləri xususi fəallıq göstərirdilər. Arazın sahilində sol cinahda Diri dağı, Xudafərin körpüsünü və sağ cinahda Minçivanadək sahil boyunu nəzarət altında çaxlayıb Araza tökülən daşnak dəstələrini güllə-baran edib dalğalarda axıdırdılar.
    * * *
    Sultanbəyin qüvvətli zərbələri altında daşnaklar Zəngəzurdan vurulub çıxarıldıqdan sonra həyat xeyli dəyişdi. Müvəqqəti də olsa dinclik yarandı. Yollar təhlükəsiz oldu. Tarlalarda əkin və biçin işləri başlandı. Amma bu dinclik uzun çəkmədi. Zəngəzurda yenidən tufan qopdu, qara yellər əsdi.
    Əcnəbi ölkələrə qaça bilməyən daşnaklar cildlərini dəyişib Gorusda inqilab sıralarına soxuldular. Beləliklə, Zəngəzurda çox təhlükəli vəziyyət yarandı. Sıralarına daşnakların soxula bildikləri inqilab tribunaları azərbaycanlıları yenidən ölüm xəlbirindən keçirməyə başladı. Minlərlə adamları yığıb yenidən Gorusun həbsxanalarına doldurdular. Ağır işgəncələrdən sonra özlərinə xəndək qazdırıb, gecə yarı üzlərinə saxta hökmü oxuyub, güllələyib, üstlərinə bir az torpaq atdırıb cinayətin üstünü basdırırdılar.
    Yerə qənaət etmək üçün bəzən əlli, yüz nəfəri bir xəndəyə tökürdülər. İndi Gorus şəhərinin yeni küçələrinin altında günahsız öldürülmüş minlərlə azərbaycanlının sümükləri çürüməkdədir. Yaranmış vəziyyət haqqında Sultanbəy Azərbaycan inqilab komitəsinə məlumat verdi. Buradan umidverici cavab almadığına görə İran şahına üz tutdu. Şah İranda Rusiyanın erməni agentlərinin çox və qüvvətli olduğunu bildirib Turkiyə dövlətinə muraciət etməyi məsləhət gördu. Sultanbəy Turkiyə dövlətinə müraciət etdikdə Türk dövləti hər iki qardaşı Azəri türklərinin qəhrəmanları kimi rəsmi keçidlə qarşılayıb Ərzurum vilayətində onlara mülk və malikanə verərək təhlükəsiz həyat şəraitlərini təmin etdi.

    Səbahəddin Rüstəmov

    Müəllif: Redaktor, 15:49

    Teqlər:

İsmarıclar bağlıdır.