Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16Dek

    07052013Dünyasını dəyişdikdən sonra xalqın yaddaşında əbədi qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu böyük insan öz əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş Böyük Azərbaycanlıdır.
    Böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Onlar heç bir zamana və məkana sığmırlar. Bu, əsrlərin sınağından çıxan və öz təsdiqini tapan bir reallıqdır. Zaman onu da sübut edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin tərcümeyi-halıdır. Heydər Əliyevin tərcümeyi-halı isə Azərbaycan tarixinin bir hissəsidir. Çünki onun hakimiyyəti illərində Azərbaycana bəxş etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi etməyibdir. O, Azərbaycan tarixində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb, Azərbaycanı dünyaya tanıdıb. Dünyanı Azərbaycana gətirib. O, Azərbaycanı qorumaq üçün yaşayıb, Azərbaycanı yaşatmaq üçün qurub-yaradıb. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan Respublikasının Ümummilli Liderinə, üstəlik dünya siyasətinin nəhənginə çevirib. Odur ki, Azərbaycan xalqı bu böyük oğlu ilə haqlı olaraq öyünür.
    “Mənim həyat amalım yanlız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub!”–deyən Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdriklik və uzaqgörənliyi ilə Azərbaycanı dünya məmləkətləri sırasında layiqli yerə çıxarıb. O, keçmiş SSRİ-nin ən nüfuzlu siyasətçilərindən biri idi. Amma burada o, məkrli Qorbaçovların xəyanətinə tuş gəldi. Və-təninə döndü. Ümidlə, inamla yolunu gözləyən xalqının arzusu ilə 2-ci dəfə Azərbaycan adlanan böyük və müqəddəs məkana qayıtdı. Milyonları bir bayraq altında birləşdirdi. Sözünün qüdrəti ilə inandırdı hər kəsi, əməlləri ilə arzuları gerçəyə çevirdi. Azərbaycan dövlət quruculuğu siyasətini sürətlə həyata keçirdi.
    Bu əvəzolunmaz insan qüdrətli Azərbaycan Ordusu yaratdı, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi, böyük neft erasının əsasını qoydu.
    Heydər Əliyev dövrü Azərbaycan tarixinin, elminin, mədəniyyətinin, təhsilinin qızıl dövrünə çevrildi. Heydər Əliyev bütün ömrünü Azərbaycan xalqının maraqlarına və onun qorunmasına həsr etdi. Bu gün Azərbaycan bölgədə lidər dövlətdir.
    Ölkəmiz öz siyasəti ilə bütün dünyada sülhsevər, sivili-zasiyalı ölkə kimi tanınır. Ömrünü xalqına həsr edən, hər zaman Azərbaycanlı olduğu ilə qürur duyan, xalqını, dövlətini özü qədər inandığı varisi İlham Əliyevə etibar edən, əbədiyaşar liderin əziz xatirəsini ehtiramla anır, ruhu qarşısında baş əyir və Ulu Tanrıdan rəhmət diləyirik.

    Səlimə Yusibova,
    Heydər Əliyev Mərkəzinin direktoru

    Müəllif: Redaktor, 16:31

    Teqlər:

İsmarıclar bağlıdır.