Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Dek

    Əziz həmvətənlər, sevimli dostlar!
    Bilirik ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaranmış bu konqres fəaliyyət göstərdiyi müddətdə Rusiyada yaşayan azərbaycanlıları bir yerə toplayaraq, bu iki ölkə arasında siyasi, mədəni, ticarət və digər əlaqələrin inkişafında mühüm rol oynayır. Eyni zamanda, vətəndən kənarda yaşayan və daim ürəyi vətənlə döyünən hər bir azərbaycanlı milli adət-ənənələrimizin qorunub saxlanmasına, hazırda Rusiyada böyüyən gənc azərbaycanlılar arasında geniş təbliğinə səy göstərir.
    Sizin vasitənizlə rusiyalılar və burada yaşayan çoxsaylı millətlərin nümayəndələri Azərbaycanı görür, tanıyır və sevirlər. Bütün bunlara görə biz sizlərlə fəxr edir, fəaliyyətinizdən qürur duyuruq.
    Bayramqabağı günlərdə Azərbaycanın dilbər guşəsi olan və uzun illərdir ki, cəbhə bölgəsinə çevrilən Tərtər rayonundan sizlərə öz səmimi salamlarımızı çatdırırıq.
    Yəqin bilirsiniz ki, son illər Azərbaycanın hər bir bölgəsi kimi Tərtər də tanınmaz dərəcədə dəyişib, gözəlləşib. İndi Tərtərimizin abad görkəmi ilə qürur duyuruq. Bu rayon öz əsrarəngiz gözəlliyi ilə həm də düşmənə göz dağıdır.
    Rayonumuzda “Yeni Tərtər” adlı qəzet nəşr olunur. 1934-cü ildən çıxan bu mətbu orqan fəaliyyət göstərdiyi illər ərzində öz səhifələrində bir növ rayonumuzun tarixini yazmış, qəhrəman tərtərlilərlə bərabər müharibənin od-alovundan keçmişdir. “Yeni Tərtər”i həm də cəbhə qəzeti adlandırmaq olar.
    Elektron ünvanımız da var: yeniterter@mail.ru
    Elektron saytımız isə: www.yeniterter.com
    Vətəndən uzaqda yaşayan azərbaycanlıların həyatı da bizdən ötrü çox önəmlidir. Ona görə də sizlərlə, sizlərin fəaliyyəti ilə daha yaxından tanış olmaq istərdik. Bu gün elektron medianın, internetin mövcudluğu bizə bu istəklərimizi həyata keçirməyə imkan verir.
    Hər birinizi, ailələrinizi qarşıdan gələn əziz bayramlar–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayırıq.
    Arzumuz budur ki, səmamız aydın olsun, yer üzündə müharibələrə, terrora, qan axıdılmasına son qoyulsun!
    Allah hər birinizi qorusun!

    Tərtər rayonunda çıxan
    “Yeni Tərtər” qəzetinin kollektivi

    Müəllif: Redaktor, 15:53

    Teqlər:

İsmarıclar bağlıdır.