Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Dek

    BAYRAMIN MÜBARƏK, VƏTƏN OĞLU!

    %d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f-5037sgrlr-n-gozl-dusunurlr87dba57fccb0d3506a6eTariximizin yeni ili–2017-ci il yurdumuza qədəm qoyur. Bütün dünya xalqları bu bayramı gözəl əhval-ruhiyyə ilə qeyd edir. 31 dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəliyi Günüdür. Ölkəmizdə həmin gün ikiqat bayram edilir. Kimisi evində, kimisi səyahətdə, kimisi də iş başında. Lakin bayram günü sərhədlərimizin keşiyində dayanan, şaxtalı, soyuq səngərlərdə düşmən fitnəsinə və hiyləsinə sinə gərən oğullarımız var ki, onların bayramı süfrə başında qeyd etməyə vaxtları və imkanları yoxdur. Amma onların hər biri mənən evlərimizin sakini, süfrələrimizin qonağıdır.
    Vətənimin hərbiçi oğlu!
    Sən əlində silah ölkəmizin sərhədlərinin keşiyini çəkirsən ki, torpağına, elinə zaval gəlməsin. Avtomatını, pulemyotunu daim hazır saxlayırsan ki, düşmənə yenilməyəsən, yağının başının üstünü bir göz qırpımında alasan. Vətən oğlu biz də sənə arxalanıb rahat ocaqlarımızda yaşayırıq. Sən yurd sevginə, silahına, gücünə, iradənə arxalan! Biz də sənə arxalanaq, Vətən oğlu!
    Qoy 2017-ci il sənin qələbənin uğuru olsun.Yağı düşmənin tapdağında qalan torpaqlarımızı azad edəsən! Qarşısı kə-silmiş çaylarımız axar olsun, gözləri tutulmuş bulaqlarımız qaynamağa başlasın, kolkos basmış cığırlarımız açılsın, əsir düşmüş soydaşlarımız azadlığa qovuşsun, Vətən oğlu!
    Təzə iliniz mübarək! Sərhədlərimizi qoruyan, səngərlərimizdə keşik çəkən atalar, qardaşlar, oğullar! Bayramların mübarək, Vətən oğlu!

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 16:07

    Teqlər:

İsmarıclar bağlıdır.