Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Dek

    %d0%ba%d0%be%d0%bf%d0%b8%d1%8f-1231Salam, əziz “Yeni Tərtər” qazetinin əməkdaşları.
    Mən Rişad Rzayev sizə Astanadan məktub göndərirəm. Əlavə məlumat lazım olarsa, çox şad olub göndərərəm.
    Salam, əziz həmvətənlilərim!
    Mən Rzayev Rişad İlqar oğlu sizi Qazaxıstanın paytaxtı Astana şəhərindən salamlayır, qarşıdan gələn Yeni İl və Dünya Azərbaycanlıların Həmrəliyi Günü münasibətləriylə təbrik edirəm.
    Taleh elə gətirib ki, mən 3 aprel 1992-ci ildə Qazaxıstanın Astana şəhərində doğulmuşam və Qazaxıstanın vətəndaşıyam. Qazaxıstan mənə və həmçinin hər bir vətəndaşına milliyətindən asılı olmayaraq çox gözəl imkanlar yaradır və onları hər bir sahədə dəstəkləyir. Amma buna baxmayaraq mənim qəlbim həmişə Ana Vətənim Azərbaycanım üçün döyünüb. Bəli, mənim iki Vətənim var, Azərbaycanda doğulmasam da, Azərbaycan mənim Vətənimdir və mən onunla həmişə qürur duyuram. Demək olar ki, hər il Azərbaycana gəlirəm, və orda keçirdiyim hər bir gün mənim üçün ən gözəl, yaddaqalan və sevincli günlərdir.
    2010-cu ildə mən Astana şəhərinin ən güclü liseyi olan Qazax-Türk liseyini bitirmişəm. Hələ məktəbdə tələbə ikən həmişə təhsilə və elmə bağlı olmuşam, Azərbaycanlıların necə savadlı və dünyagörüşlü olduqlarını təbliğ etməyə çalışmışam. Dəfələrlə olimpiadalara qatılıb mükafatlandırılmışam. Ən dəyərlisi isə odur ki, 2010-cu ildə Kipr Respublikasında keçirilən dünya olimpiadasında kimyabiologiya üzrə layihə müdafiə edərkən 3-cü yerə layiq görülmüşəm və bürünc medalı qazanmışam. Həmin nailiyyət mənə Qazaxıstanın hər hansı bir universitetində pulsuz təhsil almağa imkan verirdi, lakin mən xaricə üz tutdum. Məktəbi bitirib Malayziyanın ən gözəl universitetlərinin birinə “Asiya Pacific University”nə imtahanlardan yüksək bal yığaraq İT (informasiya texnologiyaları) üzrə qəbul oldum. Müəllimlərimiz çox güclüydülər Avstraliyalı, çinli, ərəb, amerikalı, ingilis və sair millətlərdən olan müəllimlərimiz varıydı, hamısı da doktorlar, professorlar. Dərsləri öyrənməyi bizdən çox tələb edirdilər. Bir sözlə, Malayziya 4 il ərzində mənə çox şeyi öyrətdi və mən orda təhsil almağımla qürurlanıram. 2014-cü ildə qayıdıb gəldim Qazaxıstanın Astana şəhərinə. Bura gələndən informasiya texnologiyaları üzrə ən böyük şirkətlərində işləyirəm. Hal-hazırda işlədiyim “Zerde” adlı Holdinq bir başa Prezidentin qızı Dariga Nazarbayevanın rəhbərliyi ilə ölkənin İT üzrə ən böyük proyektlərini, dövlət proqramlarını həyata keçirir. İş təcrübəmin çox olmamasına baxmayaraq, həmin şirkətdə mən baş menecer vəzifəsini tutmuşam. Ondan əlavə yüksək bal toplayaraq hal-hazırda Astananın Saken Seyfulin adına Qazax Aqrotexniki Universitetində dövlət tərəfindən verilən qrand (pulsuz tədris) proqramıyla təhsil alıram və dövlət mənə təqaüd verir. Bundan əlavə, özüm “Double R” adlı şirkətin qurucusu və baş direktoruyam. Hansıki tərcüməçilik şirkəti (dünyanın 80-dən çox dillərində (oral, yazılı, sinxron tərcümə) və tələbələri təhsil üçün xaricə göndərmək işləriylə məşğuldur. Şirkətin ştatdan kənar işçiləriylə birgə 50-dən çox işçisi var.
    Qazaxıstanda təxminən 400-500 min azərbaycanlı yaşayır, Astana şəhərində 6-8 min arası soydaşlarımız var və onlar bir çox sahələrdə, peşədə işləyib, millətimizi təmsil edirlər (deputatlar, şirkət prezidentləri, milli orqanlarda işləyənlər, həkimlər, müəllimlər, polislər çoxdur). Biz burada çox mehriban və bir ailə kimi yaşayırıq, bir-birimizə kömək edirik, milli adət-ənənələrini qoruyub saxlayırıq, toylarımızı və digər tədbirlərimizi yüksək səviyyədə keçiririk. Azərbaycanın adıyla bağlı çoxlu restoranlarımız, kafelərimiz var. Ümummilli Liderimiz Heydər Əliyevin adına paytaxt Astana şəhərində küçə var.
    Nailiyyətlərimiz həqiqətən çoxdur və bu, bizim bir olmağımızın və bir-birimizə dəstəyimizin nəticəsidir!

    Müəllif: Redaktor, 16:16

    Teqlər:

İsmarıclar bağlıdır.