Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Yan

    0115pen_and_paper-290x270DÜNYA

    Deyəsən işlərin çəminə düşmür,
    Bir təhər dəyirsən gözümə, dünya.
    Mənə de sirrini, sirdaşın olum,
    Gəl səni öyrədim ozümə, dünya.
    ***
    Pisin pisliyindən yorulacaqdı,
    Axıb bu suların durulacaqdı.
    O mizan-tərəzin qurulacaqdı,
    Bir az səbrin olsun, bezimə dunya.
    ***
    İstəyir gözünnən məni itir sən,
    İstəyir sözünü geri götür sən.
    O vədə dedim ki, məhvə gedirsən,
    Niyə kül üfürdün üzümə dünya.
    ***
    Axırdan əvvələ bir də dönüm var,
    Hayana qovlasan, bil ki, yönüm var.
    Hələ taleyimlə savaş günüm var,
    Hələ güvənirəm dizimə, dünya.
    ***
    Yaşayır Əlövsət, yaradır, sağdı,
    Dözür hər sınağa, dağdı ki, dağdı!
    Bir ovuc torpaqdı, beş arşın ağdı,
    Ehtiyat görmüşəm özümə, dünya.
    Əlövsət Məmmədov (Saldaş)

    DAĞLARIN

    İncikdi dərəsi, küsüb döşü də,
    Ovunmur gədiyi, qaşı dağların.
    Saz-söz qanan yoxdur layla eşidə,
    Yorğundu qayası, daşı dağların.
    ***
    Zirvə məəttəldi gördüyü hala,
    Yəqin qan qoxuyur çiçəkli tala.
    Əzabdır kəkliyə, dərddir qartala–
    Pozub əhvalını naşı dağların.
    ***
    Köksünü od yaxır, mərmi dağlayır,
    Duyuq düşüb, yerin təki ağlayır.
    Bulaqla qaynayıb, çayla çağlayır
    İntizar gözünün yaşı dağların.
    ***
    Bu nədir, qapını yoxsa qış alıb?
    Ya fəsil yerini dəyişik salıb?
    Yayda qar hardandı, uşaqsan, Talıb?
    Həsrətdən ağarıb başı dağların.
    Talıb Məmmədli

    ÇÖRƏK İMTAHANI

    Çox imtahan görmüşəm:
    Fizikadan, cəbrdən…
    Çox cavablar vermişəm
    Həm tamdan, həm kəsirdən.
    ***
    “Dörd” və ya “beş” almışam,
    Alnım açıq, üzüm ağ.
    Tək çörək imtahanı
    Sinəm üstə çəkib dağ.
    ***
    “Üç” də ala bilmirəm.
    Gözüm soraqda qalıb.
    Mənim çörək payımı
    Namərd əlimdən alıb.
    Arzuman Quliyev

    Müəllif: Redaktor, 12:35

    Teqlər:

İsmarıclar bağlıdır.