Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Yan

    zeytunZeytun bitkisini meyvəsinə görə becərirlər. Zeytun meyvələri müxtəlif məqsədlər üçün istifadə olunur. Meyvələrinin tərkibində 30-35% yağ vardır.
    Dünya miqyasında geniş sürətdə işlədilən və bir çox xalqların yemək üçün işlətdiyi məhsullar arasında əsas yer tutan provan yağı zeytunun meyvələrindən alınır.
    Bütün bitki yağları içərisində zeytun yağı öz keyfiyyətinə və dadına görə birinci yer tutur. Yağ çıxarmaqdan əlavə zeytun meyvələrindən yüksək keyfiyyətli və dadlı şoraba hazırlanır ki, bu da çox geniş surətdə istifadə olunur.
    Həmişəyaşıl, gümüşü yarpağı və hündür boyu olan zeytun ağaclarından bəzək bağçılığında, küçələrin yaşıllaşdırılmasında, park və meşə zolaqları salınmasında istifadə olunur. Zeytun bitkisinin bütün bu müsbət xüsusiyyətlərini nəzərə alaraq Azərbaycan Respublikasının rəhbərliyi bu bitkinin geniş surətdə becərilməsi haqqında xüsusi tapşırıqlar vermişdir.
    Azərbaycanda zeytun bitkisi çox qədim zamanlardan becərilir. Qədim yunan alimi Strabon hələ bizim eradan əvvəl yazdığı əsərində Azərbaycandan danışarkən burada zeytun ağacının becərildiyini qeyd etmişdir. VII əsr tarixçilərindən Moisey Kaqan Katvatsi göstərir ki, Azərbaycanın Kür və Araz çayları ətrafı rayonlarında külli miqdarda zeytun ağacı becərilirmiş.
    Bərdə və Tərtər şəhərlərini təsvir edən ayrı-ayrı səyyahlar burada VIII-X əsrlərdə böyük zeytun bağlarının olduğunu göstərmişlər. Lakin bu zeytun bağları Vətənimizə tez-tez hücum edən yadelli işğalçılar tərəfindən dağıdılmış, ağaclar isə qırılıb yandırılmışdır.
    Azərbaycanda zeytun bitkisinin normal inkişaf etməsi üçün yararlı rayonlar çoxdur. Bunlardan əsası Qarabağ düzənlik rayonlarıdır. Tərtər, Ağdam, Bərdə və bunlarla qonşu olan digər rayonlarda zeytun ağacının normal inkişaf etməsi üçün bütün şərait vardır. Aparılan aqroekoloji tədqiqat zeytun bitkisi üçün burada iqlim və torpaq şəraitinin əlverişli olduğunu təsdiq edir. Zeytun tinglərinin əkininə yazda–aprelin əvvəllərindən mayın əvvəllərinə, payızda isə sentyabrın əvvəllərindən oktyabrın axırlarına qədər başlamaq olar. Bu göstərdiyimiz vaxtlar zeytun bitkisinin yaxşı böyümə dövrünə düşür. Bitkilər əkilib qurtaran kimi mütləq suvarılmalıdır. Bağ salmaq üçün yaxşı inkişaf etmiş ikiillik tinglər əkilməlidir.
    Zeytun bağları salındıqdan sonra onlara lazımınca qulluq edilməzsə, ağaclardan istənilən məhsulu almaq mümkün olmaz. Təcrübələr göstərir ki, zeytun ağaclarına pis baxıldıqda onların meyvələri cırlaşır, yağ faizi azalır və bunlardan hazırlanan məhsullar keyfiyyətsiz olur. Odur ki, zeytun ağaclarına diqqətlə qulluq edilməlidir.
    Qarabağ zonasında aşağıdakı zeytun sortlarının becərilməsi məsləhət görülür: Azərbaycan zeytunu, Şirin zeytun, Buzovna zeytunu, Aqostina, Santa-Katerina, Della Madonna və Tbilisi sortları.

    Məhəmməd Şirinov,
    AMEA-nın Genetik Ehtiyyat- lar İnstitutunun Tədqiqat Ba-zasının elmi tədqiqatçısı

    Müəllif: Redaktor, 12:45

    Teqlər:

İsmarıclar bağlıdır.