Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 01May


    Məlumdur ki, Ermənistanın ölkəmizə qarşı yeritdiyi işğalçılıq siyasətindən sonra 1 milyon nəfərə qədər soydaşımız öz yurd-yuvalarından məcburi köçkün və qaçqın düşüb. Son illərdə onların sosial şəraitinin yaxşılaşdırılması, mənzil-məişət problemlərinin həll olunması istiqamətində dövlət tərəfindən məqsədyönlü işlər həyata keçirilməkdədir. Onların məs-kunlaşdıqları ərazilərdə enerji, su, qaz və digər kommunal xidmətlərlə təmin olunmaları dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır.

    Adil Mehralıyev və Kifayət Rzayeva da məcburi köçkün həyatını yaşayanlardandırlar. Onların ailəsi şəhər 1 saylı tam orta məktəbinin həyətində məskunlaşmış 8 ailədən biridir. Adilgil1993-cü ilin mart ayının 31-də Kəlbəcər rayonundan məcburi köçkün düşmüşlər. Doğma yerlərin, ev-eşiklərinin həsrətini çəkə-çəkə yaşayırlar. El- obadan didərgin düşən zaman ailə qurmamışdılar. 20 yaşları olmamış mənfur ermənilərin fitnəsinə məruz qalaraq bir gecədə öz ocaqlarını ailələri ilə birlikdə tərk etmişlər.

     O ürək sızladan gündən illər keçib. O dəhşətli günlər unudulmur.

    Adillə Kifayət 2000-ci ildə Tərtərdə ailə qurublar. Onlara qonaq gedib, şəraitləri ilə tanış olduq, ötüb keçənləri xatırladıq. Torpaq, yurd həsrəti baxışlarından oxunurdu. Kəlbəcərdən ayrıldıqları günün ürəklərində böyük bir nisgilə çevrildiyini söylədilər. Həmin gün həmkəndlilərinin vəhşicəsinə öldürül- düklərini, itkin düşdüklərini bildirdilər. Dedilər ki, yaxın qohumları Qara kişinin 6 övladını bir gündə girov götürdülər. Qırmızı Aypara Cəmiyyətinin köməkliyi ilə 3 uşaq qaytarıldı, 3-dən isə hələ də bir xəbər yoxdur, öldüsü, qaldısı bilinmir. Söylədilər ki, bu elan olunmamış müharibədə Kəlbəcər camaatı mərdliklə vuruşurdu, mənfurları torpaqlarına yaxın qoymurdular. İşğala kimi min cür əzablar çəkərək, Kəlbəcəri qorumağa çalışırdılar. Lakin həmin gün güclü silahlanmış erməni quldurlarının hücumuna məruz qalan camaat canlarnı qurtarmağa məcbur oldular. Bilinmirdi ki, kim hardadır. Hələ də elələri var ki, öz doğmalarından xəbərsizdi. Qaçıb canını qurtaranlar da soyuqdan, şaxtadan xəstəliklərə düşüblər. Ölən ölüb, qalanlar isə ümidlərini dövlətimizə və ordumuza bağlayıblar. Adilin atası Mamed, Kifayətin atası Misir hər ikisi Tərtərdə Kəlbəcər deyə-deyə dünyalarını dəyişdilər.

     Bütün ağrı-acılarına baxmayaraq, didərginlərə göstərilən qayğıdan da danışdılar. Bildirdilər ki, məs- kunlaşdıqları yer pis deyil. İşıqla, qazla, içməli su ilə təmin olunublar. Gələcəkdə qaçqınlar üçün tikiləcək qəsəbədə onlara da ev veriləcəyinə ümid bəsləyirlər. İnanırlar ki, dövlətimizin və ölkə Prezidenti İlham Əliyevin sülhsevər siyasəti nəticəsində torpaqlarımız işğaldan azad olunacaq. Bütün qaçqın və məcburi köçkünlər kimi Adillə Kifayət də öz doğma Kəlbəcərlərinə qovuşacaqlar.

     

    Müəllif: Redaktor, 08:50

    Teqlər:

İsmarıclar bağlıdır.