Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Yan

    ÜMUMDÜNYA QİÇS-lə MÜBARİZƏ GÜNÜ

    44001XX əsrdə bəşəriyyətin qarşılaşdığı ən böyük problemlərdən biri QİÇS–Qazanıl- mış İmmun Çatışmazlığı Sindromudur. Adından da göründüyü kimi, QİÇS in-sanla doğulan, insana xas xəstəliklərdən deyil. O, insanın sonrakı fəaliyyəti nəticəsində “qazandığı”, əldə etdiyi, bilərəkdən və ya bilməyərəkdən tutulduğu bir bəladır. Narkomaniya, qeyri-sağlam həyat tərzi, antisanitariya, natəmizlik–bütün bunlar QİÇS-in yaranmasında və yayılmasında mühüm rol oynayır.
    Bir sıra Avropa ölkəsində bu xəstəliyə mübtəla olanların vəziyyətini yaxşılaşdırmaq, cəmiyyətin onlara münasibətini dəyişdirmək üçün müxtəlif vasitələrdən istifadə edilir, həmin mərəzə tutulanlara tibbi, maddi və digər yardımlar göstərilir. Ancaq bu xeyirxah səylər bəzən lazımi effekti vermir. Belə ki, cəmiyyətin özündən gələn müxtəlif paradokslar da baş verir. Bu yaxınlarda aparılan araşdırmalar maraqlı bir faktı ortaya çıxardı: bir çox QİÇS daşıyıcısı özünü bilərəkdən belə bir mərəzə yoluxdurur ki, maddi vəziyyətini “düzəldə” bilsin. Özü də belə “xəstələr”in sayı o qədər də az deyil. Gördüyünüz kimi, cəmiyyətin atdığı müsbət addımlar bəzən nə ilə nəticələnə bilir…
    Son məlumatlara görə, yer üzündə 40 milyona yaxın insan bu virusun daşıyıcısıdır. Dünyada mentalitetdən və digər səbəblərdən gizlədilən belə faktların kifayət qədər olduğunu da nəzərə alsaq, bütün bu məlumatların həqiqəti hələ tam əks etdirmədiyi ortaya çıxır. Qloballaşan dünyada getdikcə güclənən miqrasiya prosesləri də epidemiyanın sürətlə yayılmasına rəvac verir.
    Azərbaycanda bu xəstəliklə mübarizə tempi onun yayılmasına uyğun bir sürətlə getməkdədir. 1987-ci ildə respublikamızda bu xəstəliyə tutulmuş iki nəfər vardısa, indi onların sayı yüzlərlədir. Doğrudur, digər ölkələrlə müqayisədə bu, elə də böyük rəqəm sayılmaya bilər. Amma “hər şeyi başlamaq asandır, bitirməksə çətindir” prinsipini əsas götürərək indidən qətiyyətlə hərəkət etmək lazımdır.
    Bu mənada Azərbaycan dövlətinin, hökumətinin atdığı addımlar, qəbul etdiyi qərarlar və qanunlar kifayət qədər vacib olmaqla yanaşı, günün tələblərinə, reallıqlarına cavab verməkdədir. Hələ 1996-cı ildə Milli Məclisdə “İnsan immun çatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS) yayılmasının qarşısının alınması haqqında” qanun qəbul edilib. Lakin sonrakı dövrlərdə bu xəstəliyin qurbanlarının sayı get-gedə artdığı üçün həmin qanuna yenidən nəzər salınıb, Cinayət Məcəlləsində müəyyən dəyişikliklər edilib. İndi bu sindromu bilərəkdən yayanları 3 ildən 7 ilədək həbs cəzası gözləyir.

    Müəllif: Redaktor, 12:50

    Teqlər:

İsmarıclar bağlıdır.