Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09Yan

    photo_25308Qrip–müxtəlif tip viruslar tərəfindən törədilən, əsasən ümumi intoksikasiya, əlamətləri, qısa qızdırma dövrü və yuxarı tənəffüz yollarının kəskin iltihabı ilə gedən xəstəlikdir. Xəstəliyin mənbəyi qripə yoluxmuş şəxslərdir.
    Xüsusilə xəstəliyin ilk günləri tənəffüz yollarının seliyi ilə çoxlu virus öskürək, asqıraq və danışıq zamanı 1,5-2 m, məsafəyə yayılaraq sağlam şəxsləri asanlıqla yoluxdurur. Xəstəliyin sürətlə yayılması virusun hava-damcı yolu ilə asan keçməsi və orqanizmin qrip infeksiyasına qarşı yüksək dərəcədə həssaslığı ilə izah etmək olar.
    Qripin gizli dövrü bir neçə saatdan 3 günə qədər çəkə bilər. Xəstəlikdə əsasən 2 sindrom intoksikasıya və tənəffüs yollarının iltihabı əsas yer tutur. Xəstəlik qəflətən başlayır. Güclü titrətmə, ya üşütmədən sonra dərhal temperatur yüksək dərəcəyə qalxır. İlk saatlarda şiddətli baş ağrısı, zəiflik, halsızlıq, əzələlərdə, sümüklərdə və iri oynaqlarda sızıltılı ağrı əmələ gəlir. Xəstələnəndə baş gicəllənmə, bəzən bayılma halları, qusma, iştahsızlıq, ağızda quruluq, yanğı əmələ gəlir. Hemorargik əlamətlər–burun qanaxması, diş ətindən qanaxma qeyd edilir. İlk günlərdən xəstədə burun tənəffüsünün çətinləşməsi olur, boğazı quruyur, qaşınır, quru öskürək, döşün arxasında göynəmə, ağrı əmələ gəlir.
    Müalicəsi–Qripin müalicəsində əsas yeri rejim tutur. Xəstələr 5 gün ərzində işdən azad edilməlidir. Xəstəliyin ağır formasına tutulmuş adamlar hospitalizasiya edilməlidirlər. Qrip əlehinə j-qlobulin yaşlı şəxslərə 3 ml, uşaqlara 1 ml olmaqla xəstəliyin ağır formalarında əzələ daxilinə yeridilir leykositar interferon xəstəliyin ilk 2-3 günü ərzində 1-2 saat fasilə ilə burun dəliklərinə damızdırılır. Xəstələrə antihistanin preparatlar, vitaminlər, hərarətsalıcı və iltihab əlehinə dərmanlar təyin edilir. Son illər qripin müalicəsində 3 gün remantadik və 5 gün antiqripin təyin edilir.
    Profilaktikası–Orqanizmin rezistentliyinin artırılması əsas yer tutur. Evlərin yaxşı qızdırılması, keyfiyyətli qidalanma, idman qripə qarşı davamlılığı xeyli artırır. Qrip əleyhinə zəiflədilmiş və diri vaksinlər dəri altına yeridilir.
    Peyvənd olunmamış şəxslərə epidemiya vaxtı oksolin məlhəmi, leykositar interferonla profilaktika aparılır. Xəstənin otağı təmiz olmalı, havası tez-tez dəyişdirilməli, dezinfeksiya edici məhlullarla silinməlidir. Xüsusi maskalardan istifadə edilməlidir. Ümumiyyətlə çalışmaq lazımdır ki, qripə şübhəli əksər xəstələr evdə müayinə olunsun.

    Hicran Rəhimli,
    rayon uşaq xəstəxanasının baş həkimi

    Müəllif: Redaktor, 12:57

    Teqlər:

İsmarıclar bağlıdır.