Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 01May

    herbi sekilBizim yeganə bir vətənimiz var ki, o da torpağında addım-addım gəzdiyimiz, havasını ciyərlərimizə doyunca çəkdiyimiz Azərbaycandır. Bizim millətimiz millətlər içərisində fərqlənən, seçiləndir. Ulu Öndərimiz Heydər Əliyev azərbaycanlı olduğuna görə fəxr etdiyini söyləmişdir. Biz gənclər də fəxr edirik ki, belə bir ölkənin övladlarıyıq.
    Bu gün torpaqlarımızın 20 faizi yağı düşmənin tapdağı altında inləyir. Belə həsrəti olan ölkənin hər bir vətəndaşı narahatdır və doğma yerlərimizin qaytarılması üçün ölümə belə hazırıq. Mən də fəxr edirəm ki, Azərbaycan xalqının oğluyam və onun ordusunda xidmət edərək öz vətəndaşlıq borcumu yerinə yetirirəm. Hərbi hissəmizdə elə oğullar var ki, onların hər biri mənfur düşmənin yüzünə cavab verər. Hamıya yaxşı məlumdur ki, ölkə Prezidenti İl-ham Əliyevin qayğısı sayəsində müasir silahlarla təmin olunmuş güclü ordumuz var. Bu ordunun başında duran qorxmaz, müdrik, əsl lider olan rəhbərin tapşırıq-larını həyata keçirmək hər bir vətənpərvər gəncin ümdə vəzifəsidir. Vətən üçün canımızdan, qa-nımızdan keçməyə hazırıq.
    Həyatda tutduğumuz mövqe-dən asılı olmayaraq, torpaqları-mızın bütövlüyünü təmin etməli, toxunulmazlığını qorumalı, onun sərhədlərinin müdafiəsində ayıq-sayıq dayanmalıyıq. Bu, bizim müqəddəs borcumuzdur.

    Əlizamin Quliyev,

    hərbi hissədə sanitar təlimatçısı

    Müəllif: Redaktor, 08:57

    Teqlər:

İsmarıclar bağlıdır.