Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Yan

    740132369-195201990-cı ilin yanvarında xalqımız, daha bir faciəli tarixə şahidlik elədi. Qarlı qış günündə rus və erməni silahlı quldurları Bakıda qırğınlar törətdilər. Qadınlara, qocalara, uşaqlara, ümumiyyətlə dinc sakinlərə aman verilmədi.
    Əslində 20 Yanvar hadisələrinin tarixi bir qədər də əvvələ gedib çıxır. Hələ XVIII əsrdə Pyotrun dövründən Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilərin burada yerləşdirilməsi siyasi maraqlara hesablanmışdı. Belə ki, gələcəkdə burada “erməni dövləti” yaratmaq və onların əli ilə işğalçılıq planlarını həyata keçirmək, daha sonra isə həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları irəli sürmək nəzərdə tutulmuşdu. Bu proseslərin davamı olaraq 1905-ci il hadisələrini, 1918-ci il mart soyqırımını, 1948-53-cü il hadisələrini, 1988-ci ildən bəri baş verən qırğın və deportasiya proseslərini misal göstərmək olar.
    Bu faciələrin törədilməsi zamanı ümumilikdə 100 minlərlə soydaşmız qırğınların qurbanı oldu. Göründüyü kimi 20 Yanvar faciəsinin də törə-dilməsi planlı şəkildə həyata keçirilmişdi.
    Bu faciənin baş verməsi həm də siyasi amillərlə bağlı idi. SSRİ-nin dağılması ilə Rusiyanın Qafqazda mövqeyinin itirilməsi təhlükəsi yaranırdı. Ona görə də Rusiyanın bu çirkin əmələ əl atması təbii idi. Lakin bu hadisələr Azərbaycan xalqının müstəqillik ideyalarına zərbə vura bilmədi.
    Azərbaycanın müstəqil olmasını qəbul etməyən mənfur qonşularımız zaman-zaman xalqımızı qırğınlara məruz qoydular. Onlar ərazilərimizin iş-ğalını həyata keçirdilər. Azərbaycanın müstəqilliyi isə yaşadı.
    Ölkəmiz, iqtisadi-sosial inkişafına görə artıq dünya dövlətləri arasında öz. yerini tutııb. Bu inkişaf Azərbaycanın gələcək strategiyasını müəyyənləşdirən, onun hərtərəfli inkişaf proqramını hazırlayan Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun qurub yaratdığı bu strategiya cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    20 Yanvar Ümumxalq Hüzn Günü Azərbaycanın şanlı tarixinin bir hissəsidir. Bu tarix “Milli Qürur Günü”, “Milli Müqavimət Günü’dür. Xalqımız azadlıq və müstəqillik yolunda çox müsibətlər görüb, çox şəhidlər verib. Amma bütün bunlar millətimizin iradəsini və müstəqillik əzmini qıra bilmədi. 20 Yanvar günü müstəqilliyimizin başlanğıcı, azadlığımızın qəhrəmanlıq səhifəsidir. Xalqımız 20 Yanvar şəhidlərini heç vaxt unutmur, onların xatirəsini hər zaman əziz tutur. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

    Rəşad Qarayev,
    Qaraağacı kənd tam orta məktəbinin tarix müəllimi

    Müəllif: Redaktor, 10:49

    Teqlər:

İsmarıclar bağlıdır.