Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Yan

    Saxalindən “Yeni Tərtər” qəzetinin redaksiyasına məktub

    VƏTƏNƏ SEVGİMİZİ ƏMƏLLƏRİMİZDƏ AXTARIN

    _1Hərbçi ruhuyla böyümək biz iki qardaşda uşaqlıqdan ən gözəl duyğu və valideynlərimiz tərəfindən verilən tərbiyədir, məncə. Bəli, özüm bu gün erməni separatçıları tərəfindən işğal altında olan Qarabağın Laçın rayonunda anadan olmuşam.
    1980 – cı ildə valideynlərim Laçın rayonundan köçərək Tərtər rayonunda məskunlaşmışlar. Tərtərdə yaşayarkən hər il biz ata-baba yurdumuz olan Laçın rayonunu ziyarətə gedərdik. Orta təhsilimi yeddinci sinifə kimi hal-hazırda təmas xəttində yerləşən və düşmən tərəfindən daim atəşə məruz qalan Tərtər rayonunun Qapanlı kənd orta məktəbində almışam. Özümü gələcəyin bir hərbçisi kimi görmək üçün Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təməli qoyulmuş Cəmşid Naxçıvanski adına Hərbi Hazırlıq Məktəbinə qəbul oldum. Orda təhsilimi başa vurduqdan sonra hərbi təhsilimi davam etdirmək, ali hərbi təhsilə yiyələnərək gələcəkdə Vətənə layiqli hərbçi kimi yetişmək üçün Rusiya Federasiya-sına gəldim.
    Təhsilimi bitirdikdən sonra 2012-ci ilə qədər Rusiyanın müxtəlif bölgələrində bir zabit kimi hərbi hissələrdə qulluq eləmişəm. Hərbi qulluq etdiyim müddətdə müxtəlif medallarla təltif olunmuşam. Rusiyanın müxtəlif bölgələrində hərbi qulluq keçərək sonda göndərişlə Saxalin vilayəti üzrə Hərbi Komissarlıqda xidmət şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşam.
    2012-ci ildə təqaüdə çıxaraq hərbi fəaliyyətimi dayandırmışam. Həmin il Saxalin vilayətində yaşayan azərbaycanlıların istəyi ilə Ulu Öndərimizin qurduğu demokratik, suveren Azərbaycan Respublikasını Saxalin vilayətində təmsil etmək üçün mənim təşəbbüsümlə ”Birlik” cəmiyyətinin yaradılmasına nail olmuşuq. Bu barədə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə rəsmi məlumat vermişik. Fəaliyətə başladığımız ilk günlərdən milli, mədəni, irsi dəyərlərimizin təbliği üzrə bir çox fəaliyyətlərimiz olmuşdur.
    2013 – cü ildən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış ÜRAK- da bu gün də fəaliyyətimizi davam etdiririk. ÜRAK-ın Saxalin Regional bölməsi üzrə rəhbəri seçiləndən sonra bütün Saxalin vilayəti üzrə səkkiz şəhərdən ibarət tərkibi azərbaycanlılar olmaqla “Ağsaqqallar Şurası”nın yaradılmasına nail olmuşuq. Qəriblikdə yaşayan, Vətən həsrətilə qəlbi döyünən azərbaycanlılarla Ulu Öndərimizin qurduğu dövlətimizi qürbətdə layiqincə təmsil etməyə çalışırıq. ÜRAK Saxalin Regional bölməsi, nəinki Saxalin vilayətində, hətta Vətənimiz Azərbaycanda da bir cox vətənpərvərlik mövzusunda tədbirlər keçirməyə nail olmuşdur. Bu tədbirlər çərçivəsində Vətənə gəlişimizdə hər dəfə ilk olaraq Ulu Öndərimizin məzarını, Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etmişik.
    Tədbirlərimizdən təmas xəttində yerləşən təhsil aldığım orta məktəbdə vətənpərvərlik mövzusunda keçirdiyimiz yığıncağı, bir çox şəhid ailələrinə maddi və mənəvi köməyimizi , hərbiçilərlə görüşlərimizi, əsgərlərimizə ruh yüksəkliyi, xoş əhval-ruhiyyə bəxş etməyə nail olmağımızı misal göstərmək olar.
    Bundan əlavə qeyd etmək istərdim ki, 2015- ci il aprel ayının 1-də Oxot dənizində göyərtəsində yeddisi azərbaycanlı olmaqla, 132 nəfərdən ibarət balıqçı gəmisinin batmasi nəticəsində dünyasını dəyişən üç nəfər həmvətənlimizin nəşinin Vətənə gətirilib ailələrinə verilməsində və hər birinin dəfn mərasimində , Zaqatala, Naxçıvan, Bakı şəhərlərində ÜRAK Saxalin Regional bölməsi adından iştirak etmişik, yaxınlarının kədərinə şərik olmuş və onların ailələrinə Rusiya qanunlarına əsasən ödəniləcək sığorta məbləğlərinin tam şəkildə çatdırılmasına nail olmuşuq.
    2016-cı ilin avqust ayında Moskva şəhərində keçirilən Hərbi Tank yarışlarında Vətənimizi ÜRAK Saxalin Regional bölməsi kimi təmsil etmək bizə nəsib olmusdur.
    ÜRAK Saxalin Regional bölməsinin iclaslarında verdiyimiz qərara uyğun olaraq nəinki Saxalin vilayətində, hətta Rusiyanın əksər vilayətlərində yaşayan və fəaliyyət göstərən həmvətənlilərimizlə, Azərbaycan Diasporunun digər təşkilatları ilə görüşlər ke-çirməyə nail olmuşuq.
    Yeri gəlmişkən, bu gunlərdə həm də Moskvada Rusiyadakı azərbaycanlı gəncləri birləşdirən Rusiya Azərbaycanlı Gənclər Bir-liyinin VII Forumu keçirildi. ÜRAK Saxalin Regional bölməsinin azərbaycanlı gəncləri də Forumda iştirak etdilər. Saxalindən olan azərbaycanlı gənclər RAGB-ın təşəbbüslərini yüksək dəyərləndirir, Birliyin rəhbəri Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasına və digər bu tipli layihələrə dəstək verirlər.
    Saxalin uzaq region olmasına baxmayaraq, Rusiyanın mərkəzi olan Moskva şəhərində və digər bölgələrində keçirilən tədbirlərdə iştirak etməyi özümüzə borc bilirik və çalışırıq ki, bundan sonra da qədərincə iştirak edək.
    Qeyd etdiyiniz kimi, Saxalin Vilayətinin Qubernatoru yanında Millətlər və Konfessiyalararası münasibətlər Şurasının üzvü seçilmişəm. Bəli, belədir. Bundan əlavə qeyd etmək istərdim ki, Saxalin vilayətində azərbaycanlılar nəinki biznes, hətta hərbi, polis, tibb sahəsində, neft və qazçıxarma sahəsində fəaliyyət göstərirlər.
    Aprel döyüşlərində Saxalin vilayətində yaşayan azərbaycanlı gənclərimiz öz vətənpərvərlik hisslərini bariz şəkildə nümayiş etdirərək ÜRAK Saxalin Regional bölməsində könüllü şəkildə toplaşaraq döyüşlərdə iştirak etmək üçün müraciət etdilər. Ali Baş Komandanımız, Ulu Öndərimizin layiqli davamçısı Prezidentimiz İlham Əliyevin əmrini gözlədilər.
    Bizim sevgimiz tək Vətən sevgisidir, qürbətdə yaşamağımıza baxmayaraq qəlbimiz daim Vətən eşqilə vurur. Ulu Öndərimizin layiqli davamçısı, Ali Baş Komandanımız İlham Heydər oğlu Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasəti hər an dəstəkləyir, Vətənə olan sədaqətimizi qəlbimizdə qürurla daşıyır və əməllərimizlə sübut edirik.

    Nazir Hətəmov

    Müəllif: Redaktor, 13:31

    Teqlər:

İsmarıclar bağlıdır.