Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 17Yan

    2017-ci İL AZƏRBAYCANDA “İSLAM HƏMRƏYLİYİ İLİ”DİR

    14840371175355555285_1000x669Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
    Iclasda söylədiyi giriş nitqində Prezident İlham Əliyev deyib ki, 2016-cı ildə dünyada və yaşadığımız regionda təhlükələr, risklər, təhdidlər artmış, qanlı münaqişələr davam etmişdir. Azərbaycan isə öz yoluna sadiqdir.
    Iqtisadi sahədə əldə edilən uğurlardan danışan ölkə başçısı deyib: “Iqtisadi sahədə 2016-cı ildə önəmli ad-dımlar atılmışdır. 2016-ci il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Bu il ərzində qəbul edilmiş qə-rarlar, qanunlar, mənim tərəfimdən imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və bizə imkan verir ki, gələcəkdə qeyri-neft sektorunun hesabına inkişaf edək. Qəbul edilmiş qərarlar artıq öz nəticəsini verməkdədir”.
    Kənd təsərrüfatının inkişafını önəmli göstərici kimi diqqətə çatdıran cənab Prezident qeyd edib ki, bu sahədə görülmüş operativ tədbirlər nəticəsində inkişaf təmin edilmiş və kənd təsərrüfatı Azərbaycanda 2,6 faiz artmışdır.
    Iclasda cənab Prezident bir daha bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolu yalnız işğalçı qüvvələrin bizim torpaqlarımızdan çıxarılmasıdır.
    Aprel döyüşləri haqqında danışan cənab Prezident deyib: “Aprel döyüşləri bizim şanlı tariximizdir, böyük qələbəmizdir. Biz hərbçilərimiz-lə fəxr edirik. Bu döyüşlər zamanı Azərbaycan xalqı bir daha öz birliyini nümayiş etdirmişdir. Beləliklə hesab edirəm ki, 2016-ci il münaqişənin həlli ilə bağlı çox önəmli il olmuşdur”.   Iclasdakı yekun nitqində cənab Prezident qeyd edib ki, biz “Multikulturalizm ili”ni uğurla keçirdik. Azərbaycan bir daha dünyaya göstərdi ki, multikulturalizm, onun ideyaları yaşayır və yaşamalıdır.
    2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Iclasda qeyd olunub ki, İslam Həmrəyliyi Oyunları yalnız idman tədbiri deyil. Bu böyük siyasi, mədəni tədbirdir, ictimai hadisədir. Prezident deyib: “Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün islama qarşı çirkin kampaniya aparanlara bir cavab olacaq”.
    Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi Ili” elan etdi.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 14:57

    Teqlər:

İsmarıclar bağlıdır.