Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 25Yan

    Vergi-logoAzərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi ilə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər və Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları silinmişdir.
    Qanunun 2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar za-manı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir:
    -vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə–maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir;
    -vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə–maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir;
    -vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70 faizi ödənildikdə–maliyyə sanksiyalarının ödənilməmiş 30 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.
    Qanunun müddəaları borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir.
    Diqqət! Vergi borcları amnistiyasından yararlanmaq üçün maliyyə sanksiyasının məb-ləğini 143490 büdcə təsnifatı kodu üzrə ödəməyiniz xahiş olunur.
    Əlavə məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az), 195-1 Çağrı Mərkəzinə, 11 saylı Ərazi Vergilər Departamentinin əhatə dairəsində yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzlərinə-Mingəçevir şəhəri, S.Vurğun küçəsi; Bərdə rayonu, A.Məmmədov küçəsi; Yevlax rayonu, Nizami küçəsi 14; Şəki rayonu, M. Ş. Həmidov küçəsi; Tərtər rayonu, Ş. Qurbanov küçəsinə müraciət edə bilərsiniz.

    11 saylı Ərazi Vergilər Departamenti

    Müəllif: Redaktor, 14:34

    Teqlər:

İsmarıclar bağlıdır.