Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

    m samire 273Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər. 1996-cı il fevralın 2-də Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi, 1997-ci ildən isə onun sərəncamı ilə 2 fevral Gənclər Günü kimi qeyd olunmağa başlamışdır.
    2 fevral–Gənclər Günü ilə əlaqədar Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahovla görüşüb söhbət etdik.
    –Gənclər siyasəti dedikdə biz nə düşünməliyik?
    –Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti dedikdə Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsində, ölkəmizin siyasi-iqtisadi yüksəlişində, elmin, səhiyyə və mədəniyyətin inkişafında, milli-mənəvi dəyərlərimizin yaşadılmasında, tolerantlığın və multikulturalizmin genişləndirilməsində, bir sözlə, bütün istiqamətlərdə intellektual potensialın gücləndirilməsində Azərbaycan gəncliyinin rolu başa düşülməlidir. Bu siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbəri həyata keçirdiyi gənclər siyasəti Azərbaycan gəncliyinin inki-şafına təkan verir.
    –Bu siyasi kursun həyata keçirilməsində bizim tərtərli gənclər hansı işləri görürlər?
    –Ölkəmizin gələcək müqəddəratı məhz gənclərdən asılıdır. Bu gün iftixarla deyə bilərik ki, rayonumuzun gəncləri Ulu Öndərin arzuladığı kimi formalaşıb. Onlar milli-mənəvi dəyərlərimizi –doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənəlirimizi qoruyub yaşadırlar. Bu gənclərimiz yüksək vətəndaşlıq hisslərinə malikdirlər, öz bacarıqlarından yüksək səviyyədə istifadə edərək, bütün sahələrdə uğurlar qazanmağa çalışırlar.
    –Bu gün Tərtər Rayon gənclər və İdman İdarəsi gənclərlə nə kimi iş aparır?
    –Ulu Öndər qarşımızda tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir.” Məhz bizim rayonun gənclər və idman idarəsi də savadlı, dünyagörüşlü, Azərbaycan bayrağını ən möhtəşəm yarışlarda dalğalandırmağı bacaran gənclərin sırasını genişləndirməyə çalışır. Bu gün mən uğurlar qazanmış gənclərimizi bir-birindən ayırmaq istəmirəm. Amma hər bir tərtərliyə məlumdur ki, idman yarışlarında, təhsil sahəsində, çalışdıqları idarə və müəssisələrdə öz bacarıqları, intellektləri ilə uğurlar qazanan gənclərimiz var. Yeniyetmə və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyələnməsi üçün bütün imkanlardan istifadə edirik.
    –Emin müəllim, bir az özünüz haqqında məlumat verməyinizi xahiş edərdim.
    –Mən ziyalı bir ailənin övladıyam. Atam Həsən Pənahov həmişə rayonda rəhbər vəzifələrdə çalışıb. Sayılıb-seçilən insanlardan olub. Bu gün mən bir gənc kimi çox böyük məsuliyyət daşıyıram. Həm atamın adına layiq bir övlad olmalıyam, həm də mənə bəslənilən etimadı layiqincə doğrultmalıyam. Bildirim ki, mən Azərbaycan Beynəlxalq Universitetinin inzibati idarəetmə fakültəsini bitirmişəm. 2014-cü ildə bələdiyyə seçkiləri zamanı Tərtər Bələdiyyəsinə sədr müavini seçilmişəm. 2016-cı ilin iyun ayından isə rayon gənclər və idman idarəsinə rəis təyin olunmuşam. Mənə göstərilən diqqəti yüksək səviyyədə dəyərləndirirəm. Bu qayğını ümumi gəncliyə bəslənilən qayğı kimi qəbul edirəm.
    –Gənclər Günü münasibətilə ürək sözlərinizi bilmək istərdim.
    –Bu gün təkcə gənclərin deyil, həm də müstəqil Azərbaycanın bayramıdır. Çünki Azərbaycanın sabahı onun gəncləri ilə çiçəklənəcək. Arzu edirəm ki, hər birimiz vətənimizin firəvan gələcəyi naminə üzərimizə düşən işimizi layiqincə yerinə yetirək, Ulu Öndərin davamçısı, ölkə Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanın şöhrətini daim qoruyub saxlayaq. Bu bayram münasibətilə rayon gənclərinin simasında bütün Azərbaycan gəncliyini təbrik edirəm.

    Müsahibəni apardı:
    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 13:59

    Teqlər:

İsmarıclar bağlıdır.