Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Fev

    HƏR SAHƏDƏ FƏALLIQ GÖSTƏRİLİR

    Изображение 363DSC_4130 (Копировать)2 fevral–gənclər günü münasibəti ilə keçirilən tədbirin iştirakçıları Ulu Öndərin mərkəzi meydandakı abidəsini ziyarət etmiş, gül dəstələri düzmüşlər. Rayon mədəniyyət evinin foyesində gənclərin əl işlərindən ibarət sərgi maraqla qarşılanmışdır. Sonra tədbir rayon mədəniyyət evinin geniş zalında davam etdirilmişdir.
    Gənclər və idman idarəsinin rəisi Emin Pənahov məruzəsində qeyd etmişdir ki, hazırda bütün sahələrdə fəallıqları ilə seçilən gənclər cəmiyyətin məsul və şərəfli yükünü öz çiyinlərində daşıyırlar.
    Bu gün Tərtər rayonunun əhalisinin 20 faizə yaxınını gənclər təşkil edir.
    İdarə rəisi sonra göstərmişdir ki, ötən il gənclər sahəsi üzrə 42, idman sahəsi üzrə 38 tədbir keçirilmişdir ki, həmin təbirlərdə 8438 nəfər gənc iştirak etmişdir.
    Məruzədə rayon gənclərindən ətraflı bəhs olunmuşdur.
    Toplantıda Umudlu kənd tam orta məktəbinin kimya müəllimi Ləman Heydərli, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin məsləhətçisi Anar Rüstəmov, mərkəzi rayon xəstəxanasının həkimi Aslan Aslanov, polis şöbəsinin əməkdaşı Babək Hüseynzadə və “N” saylı hərbi hissənin baş çavuşu Vahid Əliyev çıxış etmiş, bayram münasibətilə rayon gənclərini təbrik etmişlər.
    Rayonun ictimai-siyasi həyatında fərqlənən gənclərə rayon icra hakimiyyəti, YAP rayon təşkilatı, gənclər və idman idarəsi tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr verilmişdir.
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək gənclərin rayonun ictimai-siyasi həyatında oynadıqları roldan ətraflı bəhs etmişdir.
    Sonda tədbir iştirakçıları bayram münasibəti ilə hazırlanmış konsert proqramına baxmışlar.

    Mirzə Nəsir

    Müəllif: Redaktor, 14:03

İsmarıclar bağlıdır.