Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 27Fev

    CIRIQ ŞALVARLA MODA?

    Məlum məsələdir ki, təmiz, səliqəli, dəblə geyinmək mədəniyyət göstəricisidir. Gənclərimiz geyim seçərkən müasir modaya daha çox üstünlük verirlər. Bu, basa düşüləndir. Amma təəssüf ki, bəzən ifrata varır, moda xatirinə özlərini gülünc görkəmə salırlar. Düzdür, zamanla bərabər zövqlər də dəyişir, dəb də. Bununla belə, paytaxtımızda, elə rayonlarda da tez-tez rastlaşdığımız bir “mənzərə” məni çox narahat edir: hər dəfə süzülmüş, cırıq şalvarlı gəncləri görəndə acı təəssüf hissi keçirirəm. Axı niyə belə olmalıdır? Deyirlər, bu, Avropadan gəlmə bir dəbdir–müasirlik əlamətidir. Məgər Avropanı yamsılamaq, təqlid eləmək bizim borcumuzdur? Elədirsə, gəlin Avropadan yaxşı şeyləri götürək–mütərəqqi texnologiyaları, elmin son nailiyyətlərini mənimsəyək. Yoxsa cırıq şalvarla müasir olduğumuzu göstərməyə çalışmayaq.
    Xalqımızın sevimli şairi Səməd Vurğun məşhur poemasında təsvir etdiyi bədii qəhrəmanın yazıqlığını, yoxsul olduğunu diqqətə çatdırmaq üçün ürək ağrısıyla belə yazırdı:
    Cırıq şalvarından çıxır dizləri,
    Görünür ovcunda kəndir izləri…
    Məgər sürətlə dəyişən zəmanə bəzi meyarları da dəyişdirib? Dünən fağırlıq, kasıblıq göstəricisi olan cırıq şalvar indi moda kimi təqdim olunur. Buna necə biganə qalasan?!
    Üzümü moda həvəskarı olan gənclərə tutub demək istəyirəm: həyata açıq gözlə baxın, yüksək elminizlə, mədəniyyətinizlə diqqət çəkməyə çalışın, vətənə layiqli övlad olmaq üçün milli-mənəvi dəyərlərimizə üstünlük verin, kökünüzdən–soyunuzdan uzaq düşməyin!

    Svetlana Əzizova,
    Tərtər şəhər sakini
    “Azərbaycan” qəzeti

    Müəllif: Redaktor, 11:26

    Teqlər:

İsmarıclar bağlıdır.