Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16May

    DSC_0107(1)Heydər Parkında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyəti Gənclər və İdman idarəsi ilə birlikdə kikboksinq idman növü üzrə açıq zona birinciliyi keçirmişdir.
    Yarış iştirakçıları öncə Ümummilli Liderin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, xatirəsini ehtiramla yad etmişlər.
    Sonra Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İsmayılov tədbiri açaraq iştirakçıları və qonaqları salamlamış, Ulu Öndər Heydər Əliyevin gənclərə olan diqqət və qayğısından söhbət açmışdır. Rayon icra hakimiyyəti baş-çısının müavini Elvin Umudov komandalara yarışda uğurlar arzulamışdır.
    Yarışa Tərtər, Gəncə, Bərdə, Goranboy, Ağdam, Samux və Kürdəmir rayonlarının ümumilikdə 8 komandası 120 idmançı ilə qatılmışdır. Komanda hesabında I yeri Tərtər, II yeri Samux, III yeri Gəncənin və Bərdənin komandası qazanmışdır.
    Yarışın sonunda qalib komandalar və idmançılar Tərtər rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallarla təltif edilmişlər.

    Müəllif: Redaktor, 08:27

    Teqlər:

İsmarıclar bağlıdır.